Elgiz ANS-dən danışdı: "Mənim də ailəm, uşağım var ..."

Elgiz ANS-dən danışdı:
Tanınmış aparıcı Elgiz Əkbərin yeni mövsümdə digər televiziyaların birində fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yayılıb.

Aparıcının xəbərə münasibəti belə olub: "Bəzi jurnalistlər ortalığı qarışdırmaqla məşğuldurlar. ANS-in hansısa aparıcısı yeni televiziyada işə başlayır, o saat düşürlər üstünə, onu təhqir etməyə başlayırlar, söyürlər. Bununla da televiziyaları bir-birinə qarşı qoymağa çalışırlar. Əslində mənim bütün televiziyalara münasibətim normaldır, hamısı mənə doğmadır. Müxtəlif televiziyaların aparıcılar bir-birimizi görəndə görüşürük, öpüşürük, bir-birimizə ruh veririk. Futbolçu da komandanı dəyişir, onda elə gərək hamı onu daşlasın, başını yarsın?"

E.Əkbər yalnız bir halda, digər telekanalda işləyəcəyini deyib: "Bağda dincəlirdim, hələ ki, məzuniyyətdən yeni dönürəm. Allah ANS-in qapısını açsın, insanlar işlərinə davam etsinlər. ANS-in aqibəti hələ tam bəlli deyil. Onun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi bəlli olsa, mən də seçimimi edəcəm. Hələ gözləyirəm. ANS açılsa, orada, açılmasa, digər televiziyaların birində fəaliyyətimi davam etdirəcəm. Mənim də ailəm, uşağım var, həyat yoldaşıyam, pul qazanıb ailəmi saxlamalıyam. İndidən ANS-in taleyi məlum deyilsə, mənim hansısa kanalda anonslarım necə yaymlana bilər? Adamı söyərlər ki, on il fəaliyyət göstərdiyin kanalın aqibəti bəlli olmadan necə, başqa kanala keçmisən?" (publika)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...