Elektron COVID-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırıla bilər

Elektron COVID-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırıla bilər
Milli Məclisin deputatı Vüqar Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına münasibət bildirib. 
 
Sfera.az-ın məlumatına görə, millət vəkili yeni qaydaların tətbiqində məqsədin vaksinasiya prosesini sürətləndirmək olduğunu deyib.

V.Bayramov həmçinin bununla bağlı  Ümumdünya Səhiyyə Təşkilatının statistikasından söz açıb:

"ÜST əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda, əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.  Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü kimi, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-ün 65 faizlik tövsiyyəsindən aşağıdır.

Bu baxımdan yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Daha məqsədə uyğun olardı ki, iri ictimai-iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar”.

Deputatın sözlərinə görə, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var:

"Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı.  Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.
Xatırladaq ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...