Elektromobillər bu məhsula tələbi gücləndirir - Hər il milyardlarla dollar...

Elektromobillər bu məhsula tələbi gücləndirir - Hər il milyardlarla dollar...
Eletrik avtomobil bazarının genişlənməsi qrafitə tələbi sürətlə artırır.

Sfera.az "Teknoblog.ru” saytına istinadən xəbər verir ki, enerji inqilabını bu məhsulsuz həyata keçirmək mümkün olmayacaq. Çünki qrafit elektikli avtomobillər üçün istehsal edilən litium-ion batareyalarının anodunu təşkil edən əsas elementdir.

Qrafitə artan tələblə əlaqədar 2019-cu ildə bu məhsulun alışı 14,9 milyard dolları ötüb. Proqnoza görə 2027-ci ilə qədər qrafit ticarətinin həcmi ən azı 22 milyard dollara çatacaq.

Elektrikli avtomobillər üçün hər bir akkumulyatorun tərkibində 20-30% qrafit var. Orta hesabla hər bir elektrik avtomobili üçün 70 kq-a qədər qrafit tələb olunur. Hər milyon elektrik avtomobili üçün təxminən 75 min ton təbii qrafit lazım gələcək.

Batareyalarda istifadə olunan qrafit anodların təxminən 90%-i Çindən gətirilir.

2019-cu ildə təkcə Çində sferik qrafitə tələbat 200 min ton təşkil edib. Bir il sonra - 240 min ton olub. 2028-ci ilə qədər isə qrafitə tələbat 1,9 milyon tona yüksələcək. 2021-ci ilin sentyabrında Beynəlxalq Enerji Agentliyi (IEA) e-mobillik və aşağı karbonlu enerji sektorlarının 2040-cı ilə qədər hər il indikindən 25 dəfə çox qrafit tələb edəcəyini proqnozlaşdırmışdı.

Qrafitin çox hissəsi Çində hasil olunduğundan, bütün dünyada akkumulyator istehsalçıları Çin xammalından istifadə edirlər.

Xammalın ilkin dəyəri bir ton üçün 500-800 dollar, satış qiyməti isə təxminən 2700-2800 dollar təşkil edir.


Vasif
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Hərə əlinə bir smartfonu alıb, harasınısa göstərməklə "digital dilənçilik" edir" - "TikTok"un qaranlıq üzü

"”TikTok”un canlı yayımından pul qazanma xüsusiyyəti yerli "TikTok” kontent yaradıcılarını dəhşət bir varlığa çevirib”.   Sfera.az bildirir ki, bunu texn...

Elektromobillər bu məhsula tələbi gücləndirir - Hər il milyardlarla dollar...

Eletrik avtomobil bazarının genişlənməsi qrafitə tələbi sürətlə artırır. Sfera.az "Teknoblog.ru” saytına istinadən xəbər verir ki, enerji inqilabını bu mə...

Beyninə çip yerləşdirilən kişi sadəcə düşünərək internetdən istifadə edir - Dünyada bir ilk

Dünyada ilk dəfə beyin çipi ilə sosial mediadan paylaşım edilib. Sfera.az bildirir ki, bu barədə beyinə neyron kompüter interfeysləri yerləşdirən "Synchro...

İnternetə məlumat sızdı: "iPhone 14" belə olacaq - Yeni funksiyalar/FOTOLAR

"iPhone 14" bir çox yeni funksiyalara sahib olacaq.   Sfera.az bildirir ki, Apple yeni nəsil telefonları satışa çıxarmamışdan qabaq, artıq haqqında bəzi ...

Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...

"NordPass” illik "Ən Ümumi Şifrələr” hesabatını paylaşıb. Sfera.az xəbər verir ki,  tədqiqat göstərib ki, insanlar adətən futbolla bağlı ifadələr...

“WhatsApp”dan son giriş vaxtı və profil şəkli ilə bağlı YENİLİK

"WhatsApp” messencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan ...