Elə xərçəng növləri var ki, onları aşkar edib toxunmağa dəyməz – Hiperdiaqnostika nədir?

Elə xərçəng növləri var ki, onları aşkar edib toxunmağa dəyməz – Hiperdiaqnostika nədir?

Avstraliyalı alimlər onkologiya ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicəyə cəlb etmək lazım deyil.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır. Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların skrininqi, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. Amma iş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.


Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.

Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.

Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi.

Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.
"Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicəyə görə narahatıq" deyə alimlər bildirir.

OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...