Elə bilirsiz ərzaqları düzgün saxlayırsız? Yumurtanın yeri soyuducu qapısı deyil!

Elə bilirsiz ərzaqları düzgün saxlayırsız? Yumurtanın yeri soyuducu qapısı deyil!

Ən qənaətcil və evdar xanımlar belə, təəssüf ki, ərzaqları evdə və soyuducuda düzgün  saxlamır. Ümümdünya Ərzaq mərkəzinin təxmini hesablamasına görə, hər il dünyada əhali tərəfindən 200 milyon ton xarab olmuş və istifadəyə yararsız ərzaq tullanılır.

cleaning-the-refrigerator-and-keeping-it-clean_1

Maaşımızın az qala 80% ni yeməyə, ərzağa xərclədiyimiz bir vaxtda bu qədər israfçılıq və tullantı nədən yaranır? Bəlkə soyuducumuz olsa da ərzaqları doğru saxlamırıq? Bu qədər özünüzə əminsizsə, əgər siz də əksəriyyət kimi, yumurtanı soyuducunun qapısındakı yerdə saxlayırsızsa, deməli, səhv edirsiz. Yumurtanın yeri əsla soyuducu qapısı deyil.

TƏZƏ GÖYƏRTİ VƏ SALAT YARPAQLARI

13035559_1103763329683483_1216535420_o

Yuyulmuş, qurudulmuş göyərti çay dəsmalı, təmiz parça və ya qəzetə bükülərək, ağzı kip bağlanan konteynerdə soyuducunun ən yuxarı gözündə saxlanmalıdır. Bu halda göyərtini azı 2 həftə təzə saxlamaq olur.

OLMAZ:  salafan torbada və ya bir stəkan suda qoymaqla saxlamaq.  Buz yerinə yaxın yerdə də göyərti keyfiyyətini itirəcək.

Yumurtanın yeri – soyuducunun orta rəfinin arxasıdır

eggs-2-thehigherlearningDOTcom

Yumurtanı satıldığı kardon qabından ayırmayın. Çünki o material nəmi, qoxunu özünə çəkir. Yumurtanı elə bu konteynerdə soyuducunun orta rəfinə arxa hissəyə qoyun. Beləcə onun ömrünü üstündəki tarixdən daha 2 həftə çox uzada bilərsiz.

OLMAZ: Soyuducunun qapısında yumurtalar üçün yuvaları açmaq kimin ağlına gəlib, bilmirik, amma orda yumurta saxlamaq olmaz. Çünki qapı tez-tez açılır və isti soyuq hava axını yumurtaları vaxtından əvvəl sıradan çıxarır. Odur ki, yumurtalarınıza heyfiniz gəlsin.

POMİDORLAR

cleaning-the-fridge

20 dərəcə temperaturda pomidorlar daha yaxşı və dadlı qalır. Soyuq və buz isə onları məhv edir. 10 dərəcə mənfi temperaturda pomidorun tərkibi hüceyrə səviyyəsində dağılır. Yəni pomidordan əsər-əlamət qalmır.

OLMAZ: pomidoru digər tərəvəz və meyvələrdən uzaqda tutmaq. Çünki pomidorun səthindən çıxan uçan etilenlər ətrafdakı tərəvəzlərə pis təsir edir. Onları tez korlayır.

SÜD VƏ YOQURT

Keeping-a-Tidy-Fridge-Storage-Containers-on-Shelves

Süd və yoqurtu açdınızsa, onu soyuducunun ən soyuq küncünə yerləşdirin. Yoqurt isə 3-4 dərəcədə də yaxşı qalır.

OLMAZ: süd paketlərini soyuducunun qapısında saxlamaq. Burda isti hava axını çoxdur.

SOĞAN – SARIMSAQ

5997

Qabıqlı halda isti, lakin qaranlıq yerdə bir-iki ay qala bilər.

OLMAZ: soyuducuda saxlamaq. Soyuq çürüməni aktivləşdirir. Kəsilmiş soğan-sarımsağı digər tərəvəzlərlə yanaşı qoymayın, yoxsa onlar dərhal xarab olmağa başlayacaq.

KARTOF – NƏFƏS ALMALIDIR

DSC_0211

Kartof əsl mənada nəfəs alır, ona görə onu azadlıqda, qaranlıq, quru yerdə saxlamaq lazımdır. Qapalı halda tez cücərib, büzüşəcək.

OLMAZ: soyuducuya giriş kartofa qadağandır. Kartofda aktilamid var ki, soyuq havada toksiki zərərli maddəyə çevrilir. Əgər görsəniz ki, kartof yaşıl rəngə çalır, deməli o xəstələnib. Yemək olmaz.

Yağlar – qazdan uzaq

extra-virgin-olive-oil

İstənilən yağı 3 aqressordan – hava, işıq və istidən uzaq tutun. Yağı tünd şüşə qabda, alınmırsa, şüşə qabı folqaya büküb şkafda saxlayın.

OLMAZ: əlinizin altında olsun deyə, soba və ya plitə yanında yağ saxlamayın. Yoxsa yağ acı tam verəcək.

UN VƏ YARMALAR

riso bianco chicco lungo

Düyü ən uzunömürlü qidalardandır. Yulaf isə 3-4 aya xarab olur. Ən yaxşı halda keramik və şüşə qabda saxlamaqdır.

OLMAZ:  alınan qutusunda saxlamaq. Əgər evdə arzuolunmaz həşərat qonaqların peyda olmasını istəmirsizsə, onları qutudan qaba boşaldın.

HAZIR YEMƏK ARTIĞI

What-foods-to-store-in-the-fridge

Yemək hazır olduqdan 2 saat sonra əgər yeyilmirsə, artıq soyuducuya qoymalısız.

OLMAZ: soyuducuda yemək 3 gündən artıq qalmamalıdır. Qaldısa, təəssüf ki,  yeri mədəniz yox, zibil qabı olmalıdır.

left overs1

Əgər bu vaxta kimi bu qaydaların əksinə edirdinizsə, bundan sonra vərdişinizi dəyişin. O zaman həm ərzaqlar uzun ömürlü olar, həm siz!


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...