Eldar Mahmudov atasının adına tikdirdiyi məktəbin pulunu vermir

Eldar Mahmudov atasının adına tikdirdiyi məktəbin pulunu vermir
 

2015-ci ildə Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudovun törətdiyi qanunsuzluqlar hələ də müzakirə mövzusudur.

Sfera.az-ın  AzPolitika.info-ya istinadla verdiyi məlumata görə, Bakı şəhəri, İ. Qutqaşenli küçəsi, ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidov ölkə başçısına ünvanladığı müraciətində yazır ki, sabiq MTN rəhbəri Eldar Mahmudov öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisi zamanı da qanunsuzluğa və maliyyə fırıldağına yol verib.

Hicran Seyidov yazır ki, Eldar Mahmudov şəxsən tanıdığı üçün 2007-ci ildə ona və qardaşı Elşad Seyidova müraciət edərək Şərur Türk Liseyinin tikintisini onlara həvalə edib:

"Biz Eldar Mahmudovu əvvəlcədən tanıdığımıza, onun ölkənin milli təhlükəsizliyini qoruyan şəxs olduğuna və ən əsası, tikilən məktəbin atasının adını daşıdığına görə ona etibar edərək, heç nə tələb etmədən işə başladıq. Tikinti işləri gedən dövrdə toplam 430 min manat olmaqla, ara-sıra bizə pul verdilər. Lakin tikinti qurtarana yaxın gördük ki, tikintiyə çəkdiyimiz xərclərlə əlaqədar kənar şəxslərə xeyli məbləğdə borcumuz yığılıb, lakin bizə pul verilmir.”

Hicran Seyidovun yazdığına görə, artıq işin yekunlaşmasına az qalanda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, Zeynalabdin Mahmudov və Nizaməddin adlı adamları onlardan işi dayandırmağı və ərazidən uzaqlaşmalarını tələb edib: "Bizə dedilər ki, sizdən şikayət var, inşaatı tərk edin və nə qədər xərc çəkildiyini bizə deyin. Biz 2 milyon manat xərc çəkildiyini deyəndə bildirdilər ki, onların mütəxəssisləri çəkilən xərci 1 milyon 200 min manat hesablayıblar.”

Şikayətçi iddia edir ki, E. Mahmudovun adamları onların çəkdikləri xərci kiçiltmələri bir yana, heç özlərinin hesabladıqları məbləği də ödəməyiblər: "Bundan sonra özlərinin hesabladıqları pulu da bizə vermədilər. Bizi canımızla, uşaqlarımızla təhdid etdilər. Məcbur qalıb olan mülklərimizi sataraq, borclarımızı ödəməyə başladıq. Amma borc bu günə qədər qurtarmayıb. Baş verənlərə DTX rəisi Əli Nağıyev də Allah şahididir”.

2015-ci ildə E. Mahmudov nazir vəzifəsindən azad olunduqdan sonra H. Seyidov Baş Prokurorluğa müraciət edib:

"İstintaq aparılandan sonra qardaşım Elşad Seyidovun zərərçəkmiş kimi tanınmasına dair qərar verildi. E. Mahmudov özü də istintaqa ifadəsində bizə borclu olduğunu etiraf edib, lakin heç bir qərarı saymır”.

İş adamı bildirir ki, qanuni tələblərinə baxmayaraq, sabiq nazir heç bir qərarla hesablaşmır və onlara vurduğu ziyanı ödəmək fikrində deyil. Buna görə də ölkə başçısına üz tutan H. Seyidov Prezidentdən özünün qanunla nəzərdə tutulan hüquqlarının bərpasına və onlara vurulan ziyanın ödənilməsinə yardım etməsini xahiş edir.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...