Eldar Həsənovun ortağı da həbs edildi

Eldar Həsənovun ortağı da  həbs edildi
 
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.

Sfera.az xəbər verir ki, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 

B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir. 

İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.

Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin rəsmi sənədlərə istinadən yaydığı məlumata görə, Eldar Həsənova məxsus olan, 2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik "RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkəti Bəhruz Əsədbəyli, Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. Fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. "Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.

"Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqların olub. 2017-ci ildə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə Əkbər Fərəcova satıb. Əkbər Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb.
Bəhruz Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.

İddiaya görə, Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. E.Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verib. 

Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti olan "MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin ortaqları isə keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir. 

Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...