Eldar Həsənovun 11 il həbsi tələb olundu

Eldar Həsənovun 11 il həbsi tələb olundu
Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya , Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.

O, həmçinin, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pul vəsaitini leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat məbləğində mühüm zərər vurmaqda və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lənkəran sakinində tapança aşkarlandı

Lənkəran rayon sakinində tapança aşkarlanıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat veri...

Salonlara basqın edən şəxsə hökm oxundu - VİDEO

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotro...

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

Avtomat satmaq istəyərkən saxlanıldı - FOTO

Bakıda "Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz olaraq odlu s...

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirdi

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. Bu barədə Sfera.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki,...

Azərbaycanlı avtoritet GÜLLƏLƏNDİ - FOTO

Ukraynanın Odessa şəhərində 65 yaşlı kriminal avtoritet güllələnib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan əsilli Nazir Əliyevdir. Qət...