Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar - FOTO

Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar - FOTO
Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə bir saat gec başlayıb.

Bu haqda onun qızı Səbinə Hüseynova məlumat verib.

"Onun hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma... Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi...”.

Səbinə Hüseynova bildirib ki, atasının müayinə sənədlərini Türkiyədə onu müalicə etmiş həkimlərə göstərib:

"Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır”.

2020-ci il avqustun 13-də tutulan keçmiş səfir Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun bildirdiyinə görə, onun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
 
(modern.az)

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...