Elçin Əliyevin anası Rövşən Əkbərova ÖMÜRLÜK HƏBS İSTƏDİ

Elçin Əliyevin anası Rövşən Əkbərova ÖMÜRLÜK HƏBS İSTƏDİ
"Mən Rövşən Əkbərova ömürlük həbs cəzası istəyirəm. Çünki o da bizə ömürlük cəza verib”.

Sfera.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilən iş adamı Elçin Əliyevin anası Səmayə Əliyeva deyib.
 
Oğlunun ölümündə yalnız Rövşən Əkbərovu təqsirli bilən ana günahkarın tezliklə cəzasını çəkməsini istəyib:

"O, bizim ailəni tarı-mar edib. Mənim ömrümü hədər elədi. Bəndələrdən yox, Allahdan ona ömürlük cəza istəyirəm. Yüzdən artıq şahid var. Hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü təsdiq edir. Hər kəs bilir ki, bu qətli Rövşən törədib və heç kim də deyə bilməz ki, o eləməyib. Şəxsən mən də bunu təsdiq edirəm. Rövşən oğluma zəng edəndə yanındaydım. Cinayətkar cəzasını çəksin, başqa heç nə istəmirəm”, - deyə Səmayə Əliyeva əlavə edib.

Rəsmi məlumata görə Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında mübahisə yaranıb.

Cüzi münaqişə səbəbindən Rövşən Əkbərov xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib və növbəti proses sentyabrın 15-nə təyin edilib. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq" – Rəşad Mahmudov

"İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönmə...

Baş nazir TƏBİB-ə yeni səlahiyyət verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, p...

Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib. Sfera.az onların siyahısını təqdim edir: Xalq artisti Rafiq Hüseynov (Rəmi...

Elçin Əliyevin anası Rövşən Əkbərova ÖMÜRLÜK HƏBS İSTƏDİ

"Mən Rövşən Əkbərova ömürlük həbs cəzası istəyirəm. Çünki o da bizə ömürlük cəza verib”. Sfera.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında ...

Piyada keçidlərində maskasız olanların cərimələnməsi qanunidirmi? - VİDEO

Piyada keçidindən keçən maskasız vətəndaşlar cərimələnir. Sfera.az xəbər verir ki, söhbət paytaxtın 20 yanvar dairəsindən gedir. Sözügedən ərazidə y...

Yaqub Zurufçu vəfat etdi

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib. Sfera.az-ın məlumatına görə, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasın...