No Image
No Image

Elçibəyin oğlu evlənir - Toy tarixi açıqlandı

Elçibəyin oğlu evlənir - Toy tarixi açıqlandı
Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Sfera.az bildirir ki, Modern.az-ın məlumatına görə, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yanğınsöndürənlərimiz Türkiyəyə çatdı

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğya...

Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən avqustun 2-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Ope...

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

"AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən "CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəm...

​Elçibəyin oğlunun Bakıda toyudur

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyudur. Sfera.az xəbər verir ki, Aytək adlı xanımla ailə həyatı quran Ərturqut...

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başladı - VİDEO

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası Yaponiyanın paytaxtı Tokioda məşqlərə başlayıb. Sfera.az-ın federasiyanın rəsmi sayt...

Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib. Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Arme...