Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirildi

Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirildi
Əlcəzairin prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.

Sfera.az-ın məlumatına görə, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.

Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: "Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur".

Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.

OXŞAR XƏBƏRLƏR