"Ekspertlər avtoqəzalarla bağlı bilərəkdən yanlış rəy verirlər" - Aslan İsmayılov

"Sürücülərin diqqətsizliyində, bəzi hallarda xuliqanlığında, pulla sürücülük vəsiqələrinin verilməsi az əhəmiyyət kəsb etmir”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O qeyd edib ki, yol qəzalarının əsas səbəblərdən biri piyadaların yol hərəkət qaydalarına diqqət yetirməmələridir:

"Ən ciddi məsələ isə piyada keçidləri ilə bağlıdır. Bir çox yerlərdə piyada keçidləri azlıq təşkil edir. Ancaq piyada keçidləri olan yerlərdə də piyadalar maneələri aşmaqla, yolu keçməyə üstünlük verirlər. Ən azından Bakının əsas işlək magistral yollarından biri olan yüksək sürətli Heydər Əliyev prospektində tez-tez piyadaların ölümü ilə nəticələnən xəbərləri oxuyuruq. Bundan başqa, özüm hər gün Bibiheybət qəsəbəsindən şəhərə maşınla gələndə gördüklərim odur ki, 5 metrliyində keçid olan yerlərdə belə yaşlı-başlı insanlar o yolu da qaçaraq keçirlər və hər gün qəza ilə nəticələnə biləcək qayda pozuntusuna yol verirlər”.

A.İsmayılov bildirib ki, piyadaların günahı ucbatından baş verən avtoqəzalarda ekspertlərin verdikləri rəylər daha ciddi problemdir:

"Demək olar ki, bütün hallarda sürücünün yol nəqliyyat hadisəsinin qarşısını ala biləcəyi haqqında rəy verilir. Bunun isə bilərəkdən, korrupsiyaya şərait yaratmaq məqsədi ilə edildiyini təxmin edirəm. Ona görə də hesab edirəm ki, ekspertlər yüksək sürətli yollarda piyada ilə bağlı qəzalarda bu cür rəylərin verilməsindən imtina etməlidirlər. Bundan başqa, hər tində durub sürücünün yol qaydalarını pozmasını güdən DYP əməkdaşları daha çox piyadaların qayda pozmalarına diqqət ayırmalıdırlar”.

Xatırladaq ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır - paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlimə ÇAĞIRDI

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Sfera....

Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. ...

Sabaha olan hava proqnozu

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam b...

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim...

"21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla...

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı icmalını yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi - Vətən müharibəsi ilə bağlı icmalını yayıb. Bu barədə Sfera.az nazirliyə istinadən xəbər verir.   ...

Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə TƏYİN ETDİ

Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub. Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbə...