Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

Ekspertdən istirahət günü qadağasına etiraz: “BU, VİRUS RİSKİNİ ARTIRACAQ…”

"Həftənin istirahət günləri küçələrə çıxmağa qadağa qoyulması yanlış qərardır. Düşünürəm ki, bu əslində virusun daha çox yayılmasına xidmət edəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri cümə günü axşamdan başlayaraq, şənbə və bazar günləri küçəyə çıxmağa qadağa yoyulmasına toxunarkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

 

"İnsanlar dünəndən başlayaraq axın şəkildə marketlərə üz tutur.Bu gün də eyni prosesin şahidi olacağıq.Belədə daha çox insanın bir yerə toplaşması baş verir ki, bu da virus riskini daha da artırır. İstirahət günləri obyektləri bağlamaq olar. Məsələn, ticarət mərkəzləri, kafe və restoranları bağlamaq olar ki, insanlar bir yerə toplaşmasın. Amma insanların küçəyə çıxmaması ilə virusun yayılması arasında birbaşa əlaqənin olmadığını artıq dünya sübut edib. Bəzi ölkələr heç bir karantin qaydası tətbiq etməyib. Amma onlarda virusun yayılma sürəti karantin tətbiq olunan ölkələrlə eynidir”.


Həmsöhbətimizin fikrincə, burada insanların sosial məsafə anlayışını, sorumlu davranışını önə çəkməyin vacibliyini qeyd etməliyik: "Əsas məsələ vətəndaşı yeni davranış qaydalarına öyrətməkdir. Azərbaycanda virusun olduğuna inanmayan hələ də milyonlarla insan var. Virusa inanmayan insanı evdə otuzdurmaqla yoluxmanın qarşısını almaq mümkün deyil. Yenidən, birinci günü işə getmək üçün küçəyə çıxanda onlar eyni davranış qaydalarını göstərəcəklər.Dünyanın keçdiyi yol isə sübut etdi ki, vətəndaşın məsuliyyətli davranması üçün onlarla çalışmaq lazımdır. Sosial çarxlar yayımlanmalı, virusla bağlı televiziyalarda ciddi maarifləndirici verilişlərin verilməsinə ehtiyac var. İnsanlara davranış qaydaları öyrədilməlidir. Azərbaycanda isə bunun heç biri yoxdur. Qadağalar yolu ilə məsələni həll etmək mümkün olsaydı, başqa ölkələr çoxdan buna gedərdi”.

 

N. Cəfərli hesab edir ki, mövcud qadağalar mənasızdır: "Şənbə və bazar günləri insanları evdə saxlamağın heç bir mənası yoxdur. 1-5 günlər arasında insanlar eyni yerə gedəcək, eyni davranış qaydaları göstərəcəklərsə, istirahət günləri evdə qalmağın nə mənası olacaq? Bunun heç bir məntiqi izahı yoxdur. Ona görə də qadağaları sərtləşdirmək yox, insanları davranış qaydalarına əməl etməyə vərdiş etdirməliyik. Bu istiqamətdə ciddi sosial siyasətə ehtiyac var”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...