Ekspertdən çağırış: Azərbaycan bu tarixə qədər neft və qaz ehtiyatlarından maksimum faydalanmalıdır

Ekspertdən çağırış: Azərbaycan bu tarixə qədər neft və qaz ehtiyatlarından maksimum faydalanmalıdır
Neft İxrac edən Ölkələr Təşlilatı (OPEC) World Oil Outlook (Dünya neft proqnozu) 2021 icmalını açıqlayıb. İcmalda bir çox sahədə olacaq dəyişikliklərə toxunulub. Burada qarşıdakı illərdə neftə və qaza olan tələbdə dəyişiklik, elektromobil sənayesinin inkişafı, daxili yanma mühərikki ilə təmin olanan avtomobillərə tələb, əhalinin artımı ilə bağlı bütün məqamlara aydınlıq gətirilib. 
 
OPEC-in yeni hesabatında toxunulan məqamları şərh edən energetika sahəsi üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, icmal sənəddə Azərbaycan üçün iki məqam olduqca vacibdir. Ekspert söylədi ki, icmalda 2045-ci ilə qədər neftin ən böyük enerji istehlak payını qoruyub saxlayacağı və həmin tarixə kimi təbii qaza olan qlobal təlabatda artım dinamikasının davam edəcəyi qənaəti Azərbaycan üçün önəmlidir. 

Z.Vəliyevin fikrincə, Azərbaycan 2045-ci ilə qədər yaranacaq imkanlardan maksimum səviyyədə faydalanmalıdır: 

"OPEC katibliyinin və mütəxəsislərinin hazırladığı proqnozdan çox, dərin bazar analizi nəticəsində yaranan rəydir. Bu rəyə ciddi yanaşmaq lazımdır. OPEC dolayısı ilə bildirir ki, 2045-ci ilə qədər neft və qaz bazarında hasilatçı ölkələr üçün əlverişli vəziyyət olacaq. 

2015, 2016 və 2017-ci illərdə neft-qaz sektorunda kəşfiyyat və hasilat işlərinin aparılması üçün 2014-cü illə müqayisədə olduqca az investisiya qoyulub.  İnvestisiyanın az qoyulması növbəti illərdə bazarda qıtlıq yaradacaq. 
Neft sektoruna yeni investisiyalar yönəldilməsə, yeni yataqlar aşkarlanmasa, hasilat olmasa, qarşıdakı illərdə təchizatçı ölkələr zəiflik göstərəcək, tələb olunan nefti bazara təqdim edilə bilməyəcəklər. Bu da qiymətlərin əlverişli səviyyədə qalmasına şərait yaradacaq. Buna görə də Azərbaycan 2045-ci ilə qədər özünün karbohidrogen ehtiyatlarından maksimum səviyyədə istifadə etməlidir”.

Z.Vəliyev Azərbaycanda neft hasilatının 2045-ci ilə kimi azalacağını söylədi. "Azər-Çıraqlı-Günəşli” yataqları blokunda, eyni zamanda SOCAR-ın ehtiyatında olan yataqlarda hasilatın ildən-ilə aşağı düşdüyünü deyən ekspert bunun təbii azalma olduğunu vurğuladı. Belə vəziyyətdə Z.Vəliyev digər yataqlarda olan ehtiyatlardan maksimum faydalanmasının vacib olduğunu bildirdi: 

"2045-ci ilə qədər biz çalışmalıyıq ki, digər yataqlarda olan ehtiyatlardan maksimum səviyyədə istifadə edilsin. OPEC-in rəyi göstərir ki, 2045-ci ilə qədər neft-qaz bazarındakı vəziyyət Azərbaycanın xeyrinə olacaq. 
Eynilə, hasilatda olan qaz yataqlarımız var və qarşıdakı illərdə də digər yataqların imkanlarından istifadə ediləcək. 2021-2045-ci illərdə özümüzün qaz ehtiyatlarından da maksimum istifadə etməliyik. 

OPEC-in hesabatına görə 2045-ci ildə dünyada 2,6 milyard ədəd avtomobil olacaq. Onun 500 milyon ədədi elektromobil olacaq. Avtomobillərin hələ də çox hissəsi benzin və dizellə çalışacaq. Belə olan halda benzinə və yüksək keyfiyyətli təyyarə yanacağına tələbat artacaq”. 

Vasif
Sfera.az







OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...