No Image

Ekspert: "Xaricdə yaşayan azərbaycanlılara yüksək statuslu imtiyazlar veriləcək"

Ekspert:
 

"Özünü azərbaycanlı sayan, Azərbaycan SSR-nin və müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmuş, hal-hazırda xarici ölkə vətəndaşı olan həmvətənlərimizə "soydaş vəsiqəsi" veriləcək".

Bunu "Report"a açıqlamasında Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, bununla bağlı qəbul olunacaq qanun layihəsi xarici ölkə vətəndaşı olan, lakin özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq: "Azərbaycan da dünya təcrübəsindən yararlanaraq özünü azərbaycanlı sayan hər kəsə müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, soydaş vəsiqəsi veriləcək şəxslər və onların ailələri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Həmçinin onlar Azərbaycanın ali məktəblərində dövlət hesabına təhsil ala biləcək. Azərbaycana investisiya qoyan soydaşlarımız da xarici vətəndaşlarla eyni tutulmayacaqlar. Soydaş vəsiqəsindən yararlanan həmvətənlərimiz Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olarlarsa, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər".

Qeyd edək ki, hazırda xaricdə yaşayan Azərbaycan əsilli şəxslər üçün yüksək statuslu imtiyazların olduğu qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev yaxın dəqiqələrdə xalqa müraciət edəcək

Yaxın dəqiqələrdə prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb. Çıxış bütün teleka...

SON DƏQİQƏ: Ermənistanın müdafiə naziri ölkədən qaçdı

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi cəbhəboyu təxribatdan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Azə...

Azərbaycan üçün daha bir hərbi-siyasi müttəfiq: Pakistanla bağlı Hacı Zeynalabdin Tağıyev faktoru...

 Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqına Pakistanın da qatıla biləcəyi istisna deyil... Əgər, bu, baş verərsə, Azərbaycanın Cənubi Qafqazda şəriksiz heg...

Toyların və yasların keçirilməsinə - Bu şərtlərlə icazə verilə bilər

  Azərbaycanda şadlıq sarayları, mərasim zalları və məscidlərin fəaliyyəti yenidən bərpa olunacaq. Sfera.az xəbər verir ki, bununla bağlı yerli icra haki...

Lotu Qulinin qardaşı hücuma keçdi - Böyük savaş başlayır

  Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) qardaşı, 2013-cü ildə kriminal iyerarxiyanın ali tituluna layiq görülən v...

Koronavirusun yox olacağı vaxt açıqlandı

  Koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər. Sfera.az  xəbər verir ki, bunu "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts deyib. ...