Ekspert: “SOCAR Azərbaycanı dünya gəlirlərinin bölüşdürülməsində pay sahibi edir”

Ekspert: “SOCAR Azərbaycanı dünya gəlirlərinin bölüşdürülməsində pay sahibi edir”
 

Azərbaycan ölkə daxilində müxtəlif sahələrə sərmayə qoymaqla yanaşı, xarici ölkələrdə də çoxmilyardlı investiya layihələri reallaşdırır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu məsələyə prioritet istiqamət kimi baxır və indiki müasir dünyada böyük investor statusu qazanıb.

Ümumiyyətlə, SOCAR-ın xarici sərmayələri Azərbaycan üçün hansı perspektivlər yaradır?

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bildirib ki, SOCAR-ın xarici ölkələrdəki yatırımları sayəsində milli iqtisadiyyatın sərhədləri xeyli genişlənib.

"Azərbaycanın investisiya idxalatçısı statusundan sərmayə ixracatçısına çevrilməsi ölkəni dünya gəlirlərinin bölüşdürülməsində pay sahibi edir. Bu cür missiyanı ancaq iri biznes subyekt edə bilər və onlardan biri də SOCAR-dır. Şirkət məhz bu istiqamətdə çox uğurlu çıxış edir. Bu gün qürürla deyə bilərik ki, SOCAR mahiyyət etibarı ilə transmilli şirkətə çevrilib”, - ekspert diqqətə çatdırıb.

Onun sözlərinə görə, SOCAR faktiki olaraq illər ərzində neft-qaz hasilatından və satışından əldə etdiyi gəlirləri akumulyasiya edərək, həm ölkə daxilində qeyri-neft sənayesinin inkişafına, həm də ölkə xaricində müxtəlif layihələrə sərmayə qoyur.

M.Bərxudarov xüsusi vurğulayıb ki, indi Azərbaycanın inzibati-coğrafi sərhədlərinin hüdudlarından kənarda ikinci iqtisadiyyatı formalaşır: "Yəni SOCAR-ın xarici ölkələrdəki sərmayələri sayəsində milli iqtisadiyyatın sərhədləri genişlənir. Bu, nəticə etibarı ilə Azərbaycanın iqtisadi qüdrətinin artması və davamlı inkişafın təmin olunması deməkdir”.



OXŞAR XƏBƏRLƏR

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...