Ekspert: \"Sərnişinlər bəzi qaydalara riayət etmir\"

Ekspert: \
 

Aprelin 27-dən pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qisminin yumşaldılmasına başlanılıb. Artıq "ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb. Həmçinin repetitor xidmətləri, kitab, qəzet və dəftərxana mallarının satışı, fotostudiyalar və dərzi fəaliyyəti, kosmetika, geyim, ayaqqabı, mebel, avtomobil satışı və s. iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Bu da təbii olaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artmasına səbəb olub.

Bəs bu dövrdə ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar sosial məsafə qaydalarına nə dərəcədə əməl edir?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, artıq aprelin 27-dən etibarən sərnişinlərin sayının artması müşahidə edilir:

"Təəsüf ki, əvvəl tətbiq olunan bəzi qaydalara sərnişinlər tərəfindən riayət olunmur. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) "BakuBus" avtobuslarında sosial məsafənin saxlanması ilə bağlı müəyyən tədbirlər görmüşdü. Burada avtobus salonuna daxil olan sərnişinlər arasında məsafənin qorunması üçün yan oturacaqların boş saxlanılması tövsiyə olunurdu. Lakin hazırda bəzi avtobuslarda sərnişinlər sosial məsafəni saxlamayaraq yan-yana əyləşirlər. Hal-hazırda sərnişinlər bəzi qaydaları pozmaqda davam edir ki, bu da təhlükəlidir. Düşünürəm ki, BNA karantinlə bağlı qaydaları bir daha sərtləşdirməlidir".

Ekspert ictimai nəqliyyatdan istifadə edən şəxslərin təhlükəsizlik baxımından bir neçə qaydalara əməl etməli olduğunu bildirib:

"İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar ilk növbədə sıxlıq olan avtobuslara əyləşməsinlər, daxil olduqları avtobuslarda isə ən azı 1,5 m sosial məsafə saxlamaları təhlükəsizlik baxımından önəmlidir. İctimai nəqliyyatda mümkün qədər qoruyucu maskalardan, avtobusdan endikdə isə dezinfeksiya məhsullarından istifadə etməlidirlər".

Ekspertin sözlərinə görə, sərnişinlərin bu qaydalara əməl etməsinə avtobus dayanacaqlarında olan dispetçerlərin nəzarət etməsi məqsədəuyğun olar:

"Həmçinin sərnişinlərin qaydalara əməl etməsi üçün təşviqə ehtiyac var. Buna görə də, avtobus dayanacaqlarında olan dispetçerlər sərnişin davranışlarına nəzarət edə bilər. Bununla bərabər, Bakı şəhəri daxilində fəaliyyət göstərən marşrut avtobuslarının sayı da artırıla bilər".


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...