Ekspert Sahil Babayevə çıxış yolları göstərdi: “Uşaq pulu verməyə maddi imkan var”

Ekspert Sahil Babayevə çıxış yolları göstərdi: “Uşaq pulu verməyə maddi imkan var”
 

"Uşaq pulunun verilməsinə nail olmaq üçün müxtəlif mexanizmlər üzərində işlər aparıla bilər”.


Sfera.az-a açıqlamasında bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin uşaq pulu verilməsinin mümkünsüzlüyü, bunun üçün böyük vəsaitə ehtiyac olduğunu deməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.


R. Həsənov uşaq pulunun verilməməsilə bağlı səslənən fikirlərin reallığı əks etdirmədiyini bildirib: "Əmək və Əhalinin Sosial Müdafiəsi naziri uşaq pulunun verilməsinin mümkün olmadığını deməklə çalışıb ki, bu istiqamətdə hökumətin ortaya qoyduğu mövqeyi əsaslandırsın. Amma məsələni bu qədər faciəyə çevirmək lazım deyil, xüsusilə də maliyyə təminatı baxımından. Uşaq pulunun verilməsinə nail olmaq üçün müxtəlif mexanizmlər üzərində işlər aparıla bilər”.


Prosesin işə düşməsinə nail olmaq üçün həmsöhbətimiz uşaq pulu alacaq uşaqların yaş həddinin 18-dən 16 yaşa endirilməsini və onun birinci uşağa şamil edilməməsini mümkün sayır: "Azərbaycanda əmək qanunvericiliyi 15 yaşdan yuxarı vətəndaşların işləmək hüququnu tanıyır. Beləliklə uşaq pulu alanların sayını 300 minə qədər azaltmaq olar. Bundan başqa, ən pis halda birinci uşağa uşaq pulu hesablanmaya bilər. Yəni, sosial siyasətlə yanaşı demoqrafik siyasəti də tarazlaşdıraraq ikinci və daha çoxlu uşaqlara uşaq pulu müəyyən edilə bilər. Bu zaman diferensiallıq prinsipi nəzərə alınmalı, hər artan uşağa görə əvvəlkilə müqayisədə daha yüksək məbləğ təyin olunmalıdır. Beləliklə də, uşaq pulunun verilməsi üçün lazım olan büdcəni 1-1,5 milyard manatadək azaltmaq mümkündür. Hazırda Azərbaycanın bu addımı atmağa maddi imkanları çatır. Gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində görülən işlər nəticəsində büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə yüksələcək. Dövlət büdcəsindən investisiya xərcləri hələ də yüksək olaraq qalır. Hansı ki, həmin vəsaitin bir hissəsi də korrupsiya elementinə çevrilir. Bu istiqamətdə şəffaflığı artırmaqla kifayət qədər vəsaitə qənaət etmək və onu uşaq pulunun maliyyələşdirilməsinə yönəltmək olar”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...