Ekspert: \"Rusiya Yerevanın sözünə inanmır\"

Ekspert: \
"Yerevanın sülhyaratma işlərinə üçüncü ölkələri cəlb etmək səylərindən sonra Rusiyanın onların sözünə inanmaq meyli bir qədər səngidi. İndi Yerevan öz himayəçisinə qarşı xoşniyyətli olduğunu əməli ilə sübut etməlidir. Görünür, Rusiya Prezidenti Vladimir Putinlə son görüş zamanı da elə Rusiyanın Ermənistana gələcək zəmanətini hansı şərtlərlə verəcəyi izah edildi”.

Sfera.az xəbər verir ki, bunu milli münaqişələr sahəsində rusiyalı ekspert Yevgeni Mixaylov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında oktyabrın 12-də Moskva şəhərində keçirilən görüşü şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, sözügedən şərtlər 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə imzalanaraq Azərbaycanla Ermənistan arasında müharibəni dayandırmış məlum birgə bəyanatla əlaqəli deyil.

"Aparılan danışıqların nəticələri barədə yaxın günlərdə daha dolğun məlumat alacağıq. Putinlə Paşinyan arasında hər belə görüş Ermənistan tərəfinin qonşularla dil tapmağın zəruri olduğunu, qisas yoluna qədəm qoyduqları təqdirdə isə regionda xaos başlayacağını, dövlətçiliyi itirəcəklərini daha aydın dərk etməsinə səbəb olur”, – deyə rusiyalı ekspert bildirib.

Onun qənaətincə, artıq rəsmi Yerevan elə bir vəziyyətdədir ki, ötən ilin noyabr bəyanatında nəzərdə tutulan şərtlər yaxın aylarda, bəlkə də həftələrdə yerinə yetirilməlidir: "Əlbəttə, Yerevan əgər növbəti dəfə sözünə xilaf çıxaraq kənarda oyuna başlamasa”.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...