Ekspert: “Qarabağ” yatağı idxalı əvəz edəcək sahələrin inkişafına böyük təkan verəcək” - ŞƏRH

Ekspert: “Qarabağ” yatağı idxalı əvəz edəcək sahələrin inkişafına böyük təkan verəcək” - ŞƏRH
 

Bu gün müstəqillik dövründə ilk neft yatağının kəşfi təsdiqləndi. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən "Qarabağ” adlanan bu yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov "Report"a bildirib ki, "Qarabağı” yatağı iqtisadiyyatın diversifikasiyası prosesində daxili istehsalın gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində çox böyük potensial imkanlara malikdir.

Onun sözlərinə görə, yataq Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edəcək:

"Qarabağ” yatağı milli iqtisadiyyatın neftlə bağlı olan yeni sahələrinin inkişafına böyük impuls verəcək. Bura yeni iş yerlərinin açılması ilə məşğulluğun təmin olunması, əlavə gəlirlərin əldə edilməsi, idxalı əvəz edəcək sahələrin inkişafı, daxilində dəyər zəncirinin daha da artırılması daxildir. Azərbaycan hökumətinin apardığı iqtisadi siyasət həmişə əlverişli şəraitdən maksimum istifadə etmək yönündə olub. Daha əvvəl obyektiv səbəblərdən neftin ixracından gəlir əldə etmək prioritet idi və bunun sayəsində milli iqtisadiyyatın diversifikasiyası təmin olundu. İndi isə potensial imkanlarımız aşkarlanır, dəqiqləşdirilir və bu imkanları həm də daxili istehsalın inkişafına yönəldə bilirik. Düşünürəm ki, bu iqtisadi siyasət dövrün nəbzinə və Azərbaycanın milli iqtisadi maraqlarına tam şəkildə uyğundur”.

Xatırladaq ki, "Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.


OXŞAR XƏBƏRLƏR

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...