Ekspert: “Qanunsuz parklamaya görə cərimələrin ləğvi BNA-nın sürücülərə jesti idi”

Ekspert: “Qanunsuz parklamaya görə cərimələrin ləğvi BNA-nın sürücülərə jesti idi”
 

Karantin rejiminin tətbiqi ilə əlaqədar 21 mart tarixindən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini müvəqqəti olaraq dayandırdı. Bakı küçə və prospektlərində nəqliyyat sıxlığının olmaması və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsi nəzərə alaraq, Agentliyin atdığı bu addım həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək məqsədi daşıyırdı.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Editor.az-a verdiyi açıqlamada bildirib ki, karantin müddətində dayanma-durma cərimələrinin ləğv edilməsi BNA-nın sosial məsuliyyət anlayışının göstəricisi, əhaliyə jesti idi:

"Karantin rejimi tətbiq ediləndən sonra bir çox dövlət qurumları müxtəlif sahələrdə güzəştlər tətbiq etdilər. BNA-nın da belə bir faydalı addım atmağı çox təqdirəlayiq və müsbət yanaşma idi. Bu addımın atılması sürücülər tərəfindən də çox xoş qarşılandı. Lakin sürücülər bilməlidirlər ki, bu güzəşt daimi ola bilməz. Çünki karantin şərtlərinin yumşaldılmağa başladığı günlərdə belə şəhərdə kifayət qədər maşın olduğunu müşahidə edirik. Hətta bəzi küçə və ya prospektlərdə tıxac da yaranır. Belə olan halda təbii ki, qanunsuz parklanma ilə mübarizə tədbirləri davam etdirilməlidir. Sürücülər qadağan olunmuş yerlərdə avtomobil park etməyi vərdiş halına çevirməməlidirlər. Bu güzəşt yalnız xüsusi karantin dövrünə aid idi. Artıq mayın 1-dən etibarən bəzi yerlərdə qanunsuz dayanma-durmaya görə cərimələr bərpa ediləcək. Düşünürəm ki, pozuntulara görə cərimələrin tətbiq olunduğu ərazilərin əhatəsi tədricən artırılmalı və bir neçə gün sonra müvəqqəti güzəşt tamamilə ləğv edilməldir”.

Qeyd edək ki, mayın 1-dən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...