Ekspert: “Pandemiya əleyhinə ictimai nəqliyyatda aparılan tədbirləri müsbət dəyərləndirmək olar”

Ekspert: “Pandemiya əleyhinə ictimai nəqliyyatda aparılan tədbirləri müsbət dəyərləndirmək olar”
Koronavirusun yayılma ehtimalının böyük olduğu yerlərdən biri də ictimai nəqliyyat vasitələridir. Bu səbəblə də virusun ölkədə yayıldığı ilk günlərdən ictimai nəqliyyat sektorunda fəaliyyətin tənzimlənməsi xüsusi nəzarətdə saxlanılır. Nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Sfera.az” saytına verdiyi açıqlamada bildirib ki, artıq sərnişinlərə lazım olan bütün çağırışlar edilib və indi əsas məsuliyyət vətəndaşların və daşıyıcı şirkətlərin üzərinə düşür:"Koronavirusdan qorunmağın ən doğru yollarından biri insanlar arasında məsafə saxlanılması, vətəndaşların bir yerdə cəm olunmasının, bir-birilə təmas imkanlarının maksimum azaldılmasıdır. Pandemiyanın əsas yayıldığı yerlərdən biri də ictimai nəqliyyat vasitələridir. Odur ki, metronun bağlanmasını çox təqdirəlayiq hal kimi qəbul etmək olar. Bəzi vətəndaşlar koronavirus dövründə öz əmək və ictimai fəaliyyətlərinin davam etdirməlidirlər. Bu insanların hər birinin şəxsi avtomobili yoxdur. Onlar harasa gedərkən avtobuslardan istifadə edirlər. Bu insanların da təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobuslarda bir sıra tədbirlər həyata keçirilib. Bəzi marşrutlarda əhalinin nəzarətedici şəxslər tərəfindən yoxlanılması hallarını müşahidə etmişəm. Avtobuslarda insanların yanaşı oturması ilə bağlı normativlər gözlənilməlidir. Bəzi hallarda buna riayət edilmir. Amma nəzarətedici orqanlar yenə də sürücülərə bununla bağlı tövsiyələrini verirlər. Əslində bu halların qarşısını almaq üçün insanlara bütün tövsiyə və çağırışlar edilib. Artıq vətəndaşlarımız özləri tətbiq olunan qanunlara ciddi riayət etməli, bu pandemiyanın nə dərəcədə təhlükəli olduğunu anlamalıdırlar. Burada həm vətəndaşların, həm də daşıyıcı şirkətlərin üzərinə məsuliyyət düşür. Şirkətlər hər gün ictimai nəqliyyatı dezinfeksiya etməli, sürücülərə maarifləndirici təlimlər keçməli və sürücülər də həmin təlimlərdə əldə etdikləri məlumatları sərnişinlərlə bölüşməlidirlər”. Eskpert avtobuslarda pandemiya əleyhinə mübarizə üçün əlavə təkliflər də irəli sürüb: "Ümumi götürsək, aparılan tədbirləri müsbət dəyərləndirmək olar. Bir şərtlə ki, yoxlamalar və nəzarət funksiyaları daha da gücləndirilsin. Bu istiqamətdə bütün gücümüzü səfərbər etməliyik. Pandemiya əleyhinə mübarizədə maskalardan, əlcəklərdən istifadə məsələlərinə də diqqət yetirilməlidir. Sürücələrə tövsiyə etmək lazımdır ki, salona maskasız daxil olan sərnişinlərə qarşı bir qədər daha ciddi davranış sərgiləsinlər. Təklif edirəm ki, sərnişindaşımanı həyata keçirməsinə imkan yaradılan şirkətlər bu pandemiya dövründə xətlərə maksimum sayda avtobus buraxsınlar və intensivliyi təmin etsinlər. Vətəndaşların dayanacaqlarda az gözləməsi virus təhlükəsinin aradan qaldırılmasına xidmət edər. Belə intensivlik olarsa hər bir avtobusa düşən sərnişin sayı da azalar”.

OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...