Ekspert: \"Logistika bazarında çox ciddi rəqabət var\" - RƏY

Ekspert: \
 

Logistika ideyası son illər kifayət qədər aktuallıq qazanıb. Əsas faktor isə mal və ya xidmətlərin dəyərinə birbaşa təsir edən istehsal və son istehlakçıya çatdırılma prosesindəki xərcləri azaltmaq istəyidir. Bunu da yalnız mal və xidmətlərin bütün hərəkət istiqamətində müxtəlif logistik metodların tətbiqi yolu ilə etmək mümkündür. Dünya praktikasında da bundan geniş istifadə olunur.

Bəs Azərbaycanın logistika bazarındakı durum nədən ibarətdir və bu bazarın perspektivləri necə dəyərləndirilir?

Bu barədə açıqlama verən nəqliyyat və logistika sferasında fəaliyyət göstərən "ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı Azərbaycanın logistika bazarında çox ciddi rəqabətin olduğunu deyib:

"Klassik mənada logistika işinin əsasını xammal və materialların alınması, istehsal, məhsulun realizə edilməsi, nəqli və sair kimi müxtəlif fəaliyyət sferaları təşkil edir. İqtisadiyyatımız inkişaf etdikcə logistika əməliyyatlarına tələbat da artır. Bu isə, öz növbəsində, nəqliyyat infrastrukturunun inkişafını səciyələndirir. Belə ki, logistikanın inkişafını ləngidən əsas faktorlardan biri kimi hər zaman geridə qalmış nəqliyyat infrastrukturunun olması qeyd edilir. Azərbaycanda isə xüsusilə son bir neçə ildə, əsasən, dəmir yolu və avtomobil nəqliyyatının inkişafına çox ciddi yatırımlar edilib, quruculuq işləri həyata keçirilib. Nəticədə Azərbaycan faktiki olaraq regional nəqliyyat habına çevrilib. Bu zaman bütün bu yük axınlarının logistik zəncirinin təşkili xüsusi önəm qazanır ki, bu iş də, əsasən, həmin sahədə ixtisaslaşan şirkətlərin üzərinə düşür.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Hər hansı şirkətin biznesdəki uğuru özünün fəaliyyətinin nəticəsindən asılı olduğu qədər, partnyorları olan daşıyıcı, ekspeditor, təchizatçı şirkətlərə də bağlıdır. Bu gün üçün onu deyə bilərəm ki, şirkətlər bu cür sinergiyaya xüsusi önəm verməyə başlayıblar. Çünki bu, birbaşa olaraq onların biznesinə bu və ya digər formada təsir edir. Elə yüklər var ki, təyinat yerinə bir gün belə gecikməklə gələ bilməz. Şirkət bu gecikmə nəticəsində əhəmiyyətli itkilərlə qarşılaşmış olur. Bu mənada logistika zəncirinin saat mexanizmi kimi dəqiq işləməsini təmin etmək çox əhəmiyyətlidir. Bütovlükdə bazardakı durumu dəyərləndirmiş olsam, deyə bilərəm ki, burada ciddi rəqabət var. Bu isə, öz növbəsində, keyfiyyətin idarəolunmasını aktuallaşdırır. Müştəri məmnunluğunun təmin olunmasında önə çıxanlar zamanla müqayisəli üstünlüklər əldə edirlər.

Bu gün şirkətlər malların nəqlinin müxtəlif logistik texnologiyalarını tətbiq edirlər. Bunlara intermodal, multimodal, "qapıdan-qapıya” texnologiyası, yüklərin müşahidəsini həyata keçirmək üçün müasir rəqəmsal texnologiyalardan istifadə və sair daxildir.

Bazarın perspektivlərinə gəldikdə isə Azərbaycanda həyata keçirilən meqa layihələr, qeyri-neft sektoruna yatırımlar və onun dinamik inkişafı gələcəkdə logistik xədmətlərə tələbatın artacağına dəlalət edir".



OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...