Ekspert: “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb”

Ekspert: “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb”
 Ölkədə tətbiq olunan karantin rejimi müddətində ciddi nəzarət altında fəaliyyət göstərən və əhalinin təhlükəsizlik və rahatlığının təmin edilməsi istiqamətində üzərinə əsas yük düşən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. 31 mart 2020-ci il saat 22:00-dan Bakı metrosunun fəaliyyətinin dayandırılması isə sərnişindaşıma sahəsində səlahiyyətli qurumlardan biri kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) məsuliyyətini daha da artırıb. Üstəgəl 18 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Sfera.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Azər Allahverənov report-a açıqlamasında bildirib ki, karantin müddətinin uzadılması ictimai nəqliyyatda birbaşa olaraq çox da ciddi problemə səbəb olmayıb:

"Bu gün ictimai nəqliyyat sektoru insanların təhlükəsiz şəkildə və hər hansı ləngimə olmadan bir məntəqədən digərinə daşınılması funksiyasını üzərinə götürüb. Metro xətlərinin də bağlı olması səbəbilə sərnişinlərin böyük qismi avtobuslardan istifadə edir. BNA-nın əsas məqsədi xəttə buraxılan avtobusların sayını artırmaq, xüsusilə də iritutumlu avtobusların istifadəyə verilməsidir ki, insanların rahat şəkildə daşınması həyata keçirilsin. İkinci prioritet isə təhlükəsizliyin təmin edilməsidir. Əsasən də, koronavirus şəraitində təhlükəsiz daşınma olduqca vacib məsələdir. Bu istiqamətdə avtobusların içində sosial məsafə tətbiq edilir, salonda sıxlıq yaşanmasın deyə sürücülər nisbətən az sayda sərnişin götürməyə məcbur olur. Bu kimi tədbirlərin həyata keçirilməsi ictimai nəqliyyatdan istifadə edənlərin təhlükəsiz şəkildə daşınmasına xidmət edir. Karantin rejiminin tətbiq edildiyi ilk vaxtlarda bu sahədə müəyyən problemlər var idi. Xüsusən, günün pik saatlarında dayanacaqlarda çox saylı insanların toplaşması, sərnişinlərin avtobuslarda sosial məsafə gözləməməsi, qoruyucu maska və ya əlcəklərdən istifadə etməməsi müşahidə olunurdu. Sonrakı mərhələdə isə maarifləndirmə işlərinin aparılması, əlavə avtobusların xəttə buraxılması və digər tədbirlər bu problemləri qismən aradan qaldırdı”.

Ekspert qeyd edib ki, sərnişinlər arasında da avtobusların fəaliyyəti ilə bağlı ciddi narazlılıqlar müşahidə edilmir:

"Faktiki olaraq bu gün hərəkətdə olan sərnişinlər karantin rejiminin qaydalarına uyğunlaşıb və elə də gözəçaracaq dərəcədə problemlər yaşanmır. İctimaiyyətin ümumi gedişata reaksiyası və ya sosial şəbəkədə gedən müzakirələrdən də görürük ki, bu gün ictimai nəqliyyat sektorunda ciddi problemlər yaşanmır. Kifayət qədər sayda avtobusların xəttə buraxılması, iritutumlu avtobusların istifadəyə verilməsi, yollarda tıxacın olmaması avtobusların hərəkətində intensivliyin qorunmasına xidmət edir. Əvvəllər insanlar dayanacaqda hansısa avtobusu uzun müddət gözləməli olduqlarından şikayət edirdilər. Bunun səbəblərindən biri də yollarda yaşanan tıxac idi. Nəticədə avtobuslar bəzən müəyyən olunmuş vaxtda dayanacağa çatmırdı. Bu kimi məsələlər mövcud karantin rejimində öz həllini tapıb. Fəal müdaxilələr nəticəsində bu məsələlərlə bağlı çox ciddi problemlər yaşanmır. Sərnişinlərin də narazılığına səbəb olacaq ciddi məsələlər yoxdur. Hansısa xırda problemlər varsa, o da zaman keçdikcə həllini tapacaq”.

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...