Ekspert: “Eskpress avtobuslar sonrakı dövrlərdə də fəaliyyət göstərməlidir”

Ekspert: “Eskpress avtobuslar sonrakı dövrlərdə də fəaliyyət göstərməlidir”

Karantin rejimi ərzində paytaxtda metronun bağlanması səbəbilə sərnişin axınında yarana biləcək çətinlikləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress marşrut xətləri istifadəyə verildi. İlk öncə 2, daha sonra isə 5 ekspres xətt təşkil edilib. Hazırda ümumilikdə paytaxtda 7 ekspress marşrut xətti fəaliyyət göstərir.

 

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev hesab edir ki, karantin dövründən sonra da bu tip ekspress avtobusların fəaliyyəti təmin edilməlidir:

 

"Ekspress avtobusların fəaliyyəti xüsusilə metronun işləmədiyi dövrdə lazımlı idi. Düşünürəm ki, metro fəaliyyətini bərpa edəndən sonra da ilkin mərhələdə həmin avtobuslara ehtiyac ola bilər. Eyni zamanda, sonrakı dövrlərdə də paytaxtda bu tip marşrutlar fəaliyyət göstərməlidir. Əsasən də, şəhər mərkəzindən uzaqda yerləşən Mərdəkan, Binə, Lökbatan kimi qəsəbələrdə ekspress avtobuslara ehtiyac var. Səhər saatlarında həmin qəsəbələrində yaşayan insanların əksəriyyəti yaşadıqları yerdən şəhər mərkəzinə üz tutur. Bu zaman onlara bir marşrut xətti üzrə ortada yerləşən dayanacaqlardan minmək sərf eləmir. Çünki avtobus artıq ilk dayanacaqda sərnişinlə dolur və demək olar ki, hamı şəhər mərkəzində düşür. Odur ki, belə uzun məsafələrdə ekspress avtobus xətlərinin təşkili məqsədəuyğundur. Məsələn, səhər vaxtı Mərdəkandan minib şəhər mərkəzində düşməli olan sərnişinə Ramanada dayanmaq sərf eləmir. Nəticədə həmin sərnişin vaxt itirmiş olur. Hesab edirəm ki, uzun məsafəli sərnişindaşımada böyük tutumlu avtobuslar ekspress avtobus funksiyasını daşıya bilər və bu çox müsbət addım olar. Gələcəkdə əhalisi çox olan qəsəbələrdən hansının ərazisindən dəmir yolu xətti keçməsə, orda mütləq ekspress avtobus xətləri istismara verilməlidir”.

 

Qeyd edək ki, mayın 4-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli metronun fəaliyyəti bərpa olunduqdan sonra ekspress avtobusların işləyib-işləməməsi məsələsinə baxılacağını bildirib. V.Kərimli qeyd edib ki, ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...

Mənzərəli şəkil istəyən qız vulkanın içinə düşdü

İndoneziyada tətildə mənzərə fonunda qəşəng şəkil çəkdirmək cəhdi əsl faciəyə çevrilib. Çindən olan turist Huang Lihong həyat yoldaşı Zhang Yonqla birlikdə şəki...

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Qeyd edilib ki,...

Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır

Xəbər verdiyimiz kimi Bakı-Quba-Rusiya ödənişli yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Sfera.az xəbər verir ki, qəzada...