Ekspert: "Dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməlidir"

Ekspert:
 

"Bakı və onun ətrafında dəmir yolu nəqliyyatı sərnişindaşımada əsas nəqliyyat növünə çevrilə bilər. Artıq bu istiqamətdə iş aparılır”.

Bu barədə "Report”a açıqlamasında şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev dəmir yolunun sərnişindaşımadakı rolunu şərh edərkən bildirib.

"Yaxın günlərdə, Novruz bayramına qədər Abşeron dairəvi dəmir yolu xətti tam işə düşəcək və sürət qatarları Fatmayi, Goradil və Novxanı  qəsəbələrindən də keçəcək. Bundan başqa, həmin qatarların marşrutunun Bakının Maştağa qəbəsindən keçməklə Bağlar istiqamətində, eləcə də Zirə qəsəbəsindən keçməklə Dübəndi istiqamətində uzadılması nəzərdə tutulub. Odur ki, dəmir yolu nəqliyyatının sərnişindaşımada əsas nəqliyyat növünə çevrilməsi realdır. Hesab edirəm ki, dəmir yolu stansiyaları Nəqliyyat Mübadilə Mərkəzlərinə çevrilməli, insanların stansiyalara rahat gəlişi təmin edilməlidir. Bu baxımdan avtobusla qidalandırıcı rol oynamalıdır", - o deyib. 

Ekspert bildirib ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Biləcəri dəmir yolu stansiyasında yükdaşıma funksiyasının bir hissəsinin digər yerlərə köçürüləcəyini elan edib: "Bu isə Abşeron yarımadasında sərnişin qatarlarının daha intensiv fəaliyyətinə şərait yaradacaq. Hazırda Bakı-Biləcəri-Xırdalan-Sumqayıt dəmir yolu xəttində yük qatarları da hərəkət edir. Bu isə o deməkdir ki, yük qatarlarının işləməsi üçün müəyyən vaxt lazımdır. Bu vaxt ərzində isə sərnişin qatarları işləyə bilmir. Hazırda rəqəmlərə baxsaq dəmir yolu ilə sərnişindaşınma kütləvi şəkildə həyata keçirilmir, çünki müntəzəmliklə bağlı problem var”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il martın 7-də Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu istiqamətdə işlərin təşkili üçün "Azərbaycan Dəmir Yolları”na 100 milyon manat ayrılıb. Bu il Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcək. Ondan sonra isə dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. 


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...