Ekspert: \"Dayanma-durma qaydalarına riayət etməmək zəncirvari fəsada yol açır\"

Ekspert: \
 Ekspert dayanma-durma pozuntularına görə cərimələrin bərpası qərarını doğru hesab etdiyini bildirib.
 

Pandemiyanın yayıldığı vaxtdan əvvəlki dövrə qədər paytaxtda dayanma-durma üçün icazəli olmayan yerlərdə avtomobili saxlamağa və ya park etməyə görə Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə cərimə tətbiq olunurdu. Ölkədə karantin rejimi tətbiq olunduqdan sonra agentlik bu cərimələrin tətbiqini müvəqqəti olaraq dayandırdı. Bu gündən isə paytaxtın bəzi yollarında dayanma-durma və parklanma qaydalarını pozan sürüclərə qarşı inzibati tədbirlər görülməsinə başlanılıb. 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev  Avtosfer.az saytına verdiyi açıqlamada dayanma-durma qaydalarına riayət etməmək yollarda zəncirvari fəsadlara yol açır:

 "Paytaxtın küçə parklaması üçün yer ayrılan yollarında birinci cərgədə yer məhdud olduqda bəzi sürücülər avtomobili hərəkət hissəsində saxlayırlar. Bu isə yollarda zəncirvari fəsadlara səbəb olur. Bir sürücünün belə davranışı nəticəsində yollarda tıxac yaranır, digər avtomobillərin də hərəkəti ləngiyir. Tıxac, eyni zamanda avtobusların da hərəkətinə maneə olur və aralarındakı intervala təsir edir. Bu da sərnişinlərin narazılığına səbəb olur. Bunun qarşısını almaq üçün BNA dayanma-durma qaydalarını pozanlara cərimələr tətbiq edir. Bu bir inzibati nəzarət metodudur və mən bu metodun tətbiqini çox doğru hesab edirəm. Sürücülər də bunu anlayışla qarşılamalıdır. Yolun parklanma üçün ayrılan cərgəsi tutulubsa, sürücü avtomobili hərəkət hissəsində saxlamamalıdır. Yaxınlıqda parkinq varsa, avtomobil mütləq orda park edilməlidir". 

 

Ekspert dayanma-durma pozuntularına görə cərimələrin bərpası qərarını doğru hesab etdiyini bildirib:

"Pandemiya dövrü bitməsə belə hazırda şəhərdə kifayət qədər avtomobil var. Karantin qaydalarında azacıq yumşalma olan kimi avtomobillərin hərəkətində artım müşahidə etdik. Avtomobillərin artımı isə təbii olaraq yollarda sıxlıq yaradır. Odur ki, BNA-nın dayanma-durmaya görə cərimələri və bərpa etməsini doğru qərar hesab edirəm. Sürücüləri isə bu qərarı anlayışla qəbul etməyə çağırıram. Belə çətin günlərdə həm sürücü, həm piyada, həm də sərnişin olaraq hər birimiz anlayışla davranmalıyıq. Çünki birimizin yol hərəkətində yol verdiyi səhv zəncirvari olaraq  bütün hərəkətə mənfi təsir edə bilir. Eyni zamanda avtomobildən istifadəni azaltmaq, zəruri ehtiyac olmadıqda istifadə etməmək daha doğru olar”.



OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...