Ekspert: “Bütün avtobuslarda sosial məsafənin saxlanılması mütləqdir”

Ekspert: “Bütün avtobuslarda sosial məsafənin saxlanılması mütləqdir”
 
İctimai nəqliyyat sektorunda koronavirusun yayılması əleyhinə tətbirlər davam etdirilir. Bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən sərnişinlərə avtobuslarda sosial məsafəni gözləmələri və yalnız zəruri olduğu halda ictimai nəqliyyatdan istifadə etmələri ilə bağlı çağırışlar edilib.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Qaynarinfo-ya açıqlamasıda bildirib ki, sərnişinlərin bu çağırışlara laqeyd yanaşması xoşagəlməz hallara yol aça bilər:
 
"Koronavirusun yayılması əleyhinə tədbirlərin tərkib hissəsi olaraq BNA tərəfindən metro xətlərinə uyğun eskpres marşrut xətləri istifadəyə verilib. Eyni zamanda avtobuslar dezinfeksiya edilib və bütün avtobuslara dezinfeksiya edici avadanlıqlar quraşdırılıb. Sərnişinlərə zərurət olmadığı halda evdən çıxmamaları ilə bağlı xəbərdarlıq bildirilib. Vətəndaşlar düşünməlidir ki, bir nəfərin prosesə laqeyd yanaşması digərlərinin də virusa yoluxmasına və vəziyyətin pisləşməsinə səbəb ola bilər. BNA dayanma-durma qaydaları ilə bağlı cərimələri də ləğv edib. Avtobuslarda oturacaq yerlərinin yarısında sərnişinlər arasında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub. Oxşar kampaniya Türkiyədə də başladılmışdı. BNA tərəfindən də tətbiq edilir. Hələ ki, bu kampaniyanın yalnız "Bakubus” avtobuslarında olduğunu bilirəm. Düşünürəm ki, digər avtobuslarda da buna riayət edilməsi yaxşı olar. Sərnişinlər də vəziyyətin ciddiliyinin fərqinə varıb deyilənlərə əməl etməli, zərurət olmazsa evdən çıxmamalıdır. Əks halda acınacaqlı hallar ortaya çıxa bilər. Avtobuslarda sərnişin sıxlığını azaltmaq üçün hələ ki, tam sərt və icbari tətbiqlər etmək olmur. Çünki bizdə hələ vəziyyət digər ölkələrdə olduğu qədər acınacaqlı deyil. İnsanlarımız işə gedir, ictimai nəqliyyatdan istifadə edir. Lakin sərnişinlər elan edilən çağırışlara laqeyd yanaşsalar çox gümün digər zəruri qaydalar tətbiq ediləcək. Odur ki, vətəndaşlar özləri hökumət tərəfindən edilmiş sosial çağırışlara uyğun davranmalı və tətbiq olunan qaydalara riayət etməlidir”.

OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....