Ekspert: “Azəriqaz”da gedən islahatlar xidmət sektoru üçün inqilabi xarakter daşıyır”

Ekspert: “Azəriqaz”da gedən islahatlar xidmət sektoru üçün inqilabi xarakter daşıyır”
Xidmət sektorunda müştəri məmnunluğunun təmin olunması davamlı tədbirlərin həyata keçirilməsini tələb edir. Son zamanlar "Azəriqaz” İstehsalat Birliyində həyata keçirilən struktur və kadr islahatları məhz bu qəbildəndir.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov qurumda gedən islahatların inqilabi xarakter daşıdığını deyib.

"Düşünürəm ki, bu gün "Azəriqaz"da gedən proseslər bütün xidmət sektoru üçün nümunəvidir və başqaları da bu təcrübədən yararlanmalıdır. Bir tərəfdən bürokratik əngəllər aradan qaldırılır ki, bu da nəticədə istehlakçıların rahatlığını və məmnunluğunu təmin edir. Belə ki, vətəndaşlarla ən yüksək səviyyədə görüşlər keçirilir, haqlı iradlar qəbul olunaraq həlli istiqamətində əməli addımlar atılır”, - ekspert bildirib.
 

 

"İslahatlar "Azəriqaz"da yüksək səviyyəli xidməti təmin edəcək işçi bazasının formalaşmasına əhəmiyyətli dərəcədə təkan verəcək"


Abonentlər tərəfindən qurumun bəzi xidmətlərdən istifadə zamanı haqlı narazılıqların olduğunu diqqətə çatdıran N.Qasımov bunu sırf insan faktoru ilə əlaqələndirib: "Elə kadrlar var ki, bilməməzlikdən, səriştəsizlikdən insanlarda narazılıq yaradır. Bu isə sonradan yanlış olaraq bütöv bir qurumun fəaliyyətinə şamil edilir. Bu mənada islahatlar "Azəriqaz"da yüksək səviyyəli xidməti təmin edəcək işçi bazasının formalaşmasına əhəmiyyətli dərəcədə təkan verəcək".

O, qurumdakı struktur islahatlarının eyni zamanda xərcləri optimallaşdırmağa və büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcəyini də vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...