Ekspert: “Azəriqaz” məşğulluğun artırılmasına böyük töhfə verir\" - RƏY

Ekspert: “Azəriqaz” məşğulluğun artırılmasına böyük töhfə verir\
Qaz təsərrüfatının inkişafı istiqamətində SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə qazlaşdırma səviyyəsi 90%-dən çoxdur. Ümumiyyətlə, qazlaşdırma prosesi regionların sosial-iqtisadi inkişafı baxımından hansı effektə malikdir?

Bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli qazlaşdırma prosesinin qeyri-neft sektorunda təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühiti canlandırdığını deyib.

"Azərbaycanda qaz təsərrüfatı kifayət qədər yüksək inkişaf səviyyəsinə çatıb. Hər il minlərlə kilometr yeni qaz xətləri çəkilir və əsaslı təmir olunur, əhali və qeyri-əhali qruplarının sayğaclaşma prosesi iri templərlə davam edir. Nəticədə 2019-cu ildə Azərbaycan Prezidentinin "Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olundu.

Ölkənin qazlaşdırılması yönündə "Azəriqaz” tərəfindən "Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlər regionlarda müxtəlif müsbət impulsların formalaşmasını təmin edir. Bura bir tərəfdən yeni iş yerlərinin yaranması, bununla da məşğulluğun artırılması, qeyri-neft sektorunda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin ortaya çıxması ilə işgüzar mühitin canlanması aiddir. Digər tərəfdən, "mavi yanacağ"ın başqa enerji daşıyıcılarına nisbətən daha ucuz olması əhaliyə istilik xərclərini əhəmiyyətli dərəcədə aşağı salaraq büdcələrinə qənaət etmək imkanı verir. Qazlaşdırma həm də odun yanacağının əldə olunması üçün meşələrin və yaşılıqların qırılmasının qarşısını əhəmiyyətli dərəcədə almaqla ekoloji tarazlığın qorunmasını təmin edir".

"Azəriqaz”da gedən son struktur və kadr islahatlarına münasibət bildirən ekspert bu prosesin müştəri məmnunluğu və xidmət keyfiyyətini yeni inkişaf səviyyəsinə qaldıracağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....