Ekspert: Ağdamı Qafqazın Dubayına çevirmək olar

Ekspert: Ağdamı Qafqazın Dubayına çevirmək olar
İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Ağdam bu rayonların içində xüsusilə seçiləcək. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomotiv rolunu oynaya biləcək potensiala malikdir.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vuruldu:

"Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir. Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifatlaşdırsaq, birinci növbədə buranın kənd təsərrüfatı üçün mövcud potensialını qeyd etməliyik".

Ekspert hesab edir ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azalması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthinin çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və digər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır, eyni zamanda, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır:

"Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının da bu istiqamətə yönəldilmə imkanlarının olması da bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdamda əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacağıq. Kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi töhfəni unutmaq olmaz. Ağdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün post-sovet ərazisində məşhur idi. Niyə də o nostalji dad yenidən qayıtmasın?! Yeni şərab zavodlarının inşası uzun illər əvvəl tanınmış bir brendin geridönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki, Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid "Vitis Vinifera" üzüm növünə mənsub tumlar aşkar edilmişdir. Bu faktlar göstərir ki, Ağdamda şərabçılığın sürətli inkişafı üçün böyük marketinq işinin qurulması baxımından xüsusi imkan var".

İqtisadçının fikrincə, Ağdam iqtisadiyyatının hərəkətverici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialdır. Bu rayonun yerləşdiyi coğrafi mövqe və rayon sakinlərinin ticarət sahəsində özünəməxsus bacarıqlarının olması bu potensialı daha da artırır.

E.Əmirov bu qənaətdədir ki, növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonasının Ağdam rayonunun ərazisində yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlərindən keçəcək ki, bu da həmin ticarət zonasını Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcək. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar.

Ağdamın mineral xammal, tikinti xammal ehtiyatları ilə bağlı potensialının da olduğunu nəzərə çatdıran iqtisadçı bildirib ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var:

"Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür. Bunlar da imkan verir ki, bu ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın. Bu müəssisələr həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək. İqtisadi potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. sahələri misal göstərmək olar.///Trend


OXŞAR XƏBƏRLƏR

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...