Eks prezident 11 illik həbs cəzasına məhkum edildi – Əmlakı müsadirə olundu

Eks prezident 11 illik həbs cəzasına məhkum edildi – Əmlakı müsadirə olundu

Qırğızıstanın keçmiş prezidenti Atambayev 11 illik həbs cəzasına məhkum edilib.


Sfera.az xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev, kriminal avtoritet Aziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılmasında əli olduğuna görə 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

 

Məhkəmə Atambayevi günahkar sayaraq, onun dövlət mükafatlarının və əmlakının müsadirə edilməsinə qərar verib.


Dövlət ittihamçısı Atambayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, 2006-cı ildə Batukayev əmlakı müsadirə olunmaqla, 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Yeddi il sonra, "ciddi xəstəlik" səbəbi ilə vaxtından əvvəl şərti azadlığa buraxılaraq Qırğızıstanı tərk etmişdi.

 

Atambayev həmçinin qətldə, hakimiyyətin ələ keçirməsinin təşkilində, korrupsiya və dövlət əmlakının qanunsuz mənimsənilməsində ittiham olunur. 2019-cu ilin avqustunda Qırğızıstan xüsusi təyinatlıları Atambayevi saxlamağa cəhd etdiyi zaman onun tərəfdarları ilə toqquşmuşdu. Daha sonra keçmiş prezidentə iğtişaş törədilməsinə dair ittiham aktı təqdim edilmişdi.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR