“Əks göstəriş sertifikat”ını belə əldə etmək olar

“Əks göstəriş sertifikat”ını belə əldə etmək olar

Səhiyyə Nazirliyi "Əks göstəriş sertifikat”ına müsbət cavab alan vətəndaşların sertifikatı necə əldə etməsi məsələsinə aydınlıq gətirib. 

Nazirlikdən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, "Əks göstəriş sertifikatı" ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar //kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq "Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefonununa elektron formada yükləyə, eyni zamanda "Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.

Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. "Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikat”ı verilir.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...