Əkrəm İmamoğlu özü üçün ayrılmış 18 otaqdan “narazılıq” etdi – Video
17:27 / 04.09.2019
1188
İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu fərqli binalarda yerləşən bələdiyyə sədri üçün ayrılmış 18 xidmət otağının olduğunu söyləyib.
Jurnalistlərə xidməti otaqları tək- tək göstərən sədr bunun israf olduğunu qeyd edib. "Bu israf və qənaət mövzusu bizim həyat fəlsəfəmiz olmalıdır. Mənə 18 xidməti otağı göstərdilər, mən azdır dedim. Mənim xidməti otaqlarım milyonlarla olmalıdır. Hər əsnafın dükanı, hər vətəndaşın evi mənim xidmət otağımdır, küçələr mənim xidmət yerimdir”,- deyə o bildirib.