No Image
No Image

Ekologiyaya zərər vuran şirkət: Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdır

Ekologiyaya zərər vuran şirkət: Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdır
"Azərsun kanalizasiya suyunu Masazır gölünə axıdaraq duz (Azərduz) istehsalına davam edir. ETSN və digər qurumlar məlumatı təsdiq edir amma istehsal davam edir".

Sfera.az xəbər verir ki bunu ətraf mühitin mühafizəsi ilə məşğul olan "Ecofront" təşkilatından Cavid Qara deyib.

Onun sözlərinə görə, Azərsun kanalizasiya suyu ilə çirklənən gölün suyunu, təbii duzlu göl olan Masazır gölünə axıdaraq gölün hidroloji rejimini alt-üst edir.

"AzərSun bizimlə gizlənqaç oynayır. Biz Binəqədi gölün bəndini bərpa edirik, bunlar gəlib bəndi dağıdır. Bu hal artıq 3-cü dəfədir baş verir. Bəndi dağıdıblar. Duz çıxartmaq üçün müəssisəyə gölün səviyyəsini qaldırmaq lazım olan kimi gəlib bəndi dağıdırlar. Bu gölə bütün ətrafından kanalziasiya suları axır. Ayrılan vəsaitləri yeyib talayıblar indi yadlarına düşüb (yadlarına salmışıq) ki, gölə kanalizasiya axır. Bunu məqsədli şəkildə edirlər. Hələ də Azərduzun istehsalı davam edir".

Təşkilatın sözçüsü bildirb ki, bu biabırçılığa az bir zaman kəsiyində son qoyulmasa etiraz aksiyalarına başlayacaqlar və bununla bağlı tələblərini irəli sürüblər:

1. Masazır gölünə kanalizasiya sularınına axıdılmasının qarşısı alınsın
2. Məsələ həll edilənə kimi və gölün suyunun duz istehsalı üçün təhlükəsiz olması ilə bağlı ekspert rəyləri alınana kimi göldə duz istehsalı dayandırılsın.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq

Artıq bir ilə yaxındır ki, karantin rejimi ilə əlaqədar ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Məhz bu səbəbdən ötən il ərzində evlənən cütlüklə...

"Əgər bir adam iki gündən artıq..." - Psixoloqdan “bu şəxslər intihar edə bilər” açıqlaması

Son həftə ərzində ard-arda bir neçə intihar hadisəsinə şahidlik etdik. Artan intihar halları cəmiyyətdə narahatlıq yaradır, xüsusilə də gənclərin canına qıyma...

Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə necə keçib? – Ermənistanda qalmaqal

Ermənistanda baş nazir Nikol Paşinyanın diplomatik pasportunun "azərbaycanlının əlinə keçməsi” ətrafında qalmaqal qaldırılıb. Qalmaqalı sosial şəbəkələrdə...

Ramin Quluzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ - Eksklüziv

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə yeni...

Sənədsiz evlər - Dövlət büdcəsi zərər görür, bəs sənədləşməyə niyə başlanılmır?

Paytaxt Bakıda və regionlarda yüz minlərlə sənədsiz tikilinin mövcudluğuna baxmayaraq, həmin evlərin sənədləşməsi hələ də müsbət həllini tapmayıb. Dövlət quru...

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin TƏFƏRRÜATLARI + FOTOLAR

Yanvarın 22-də Gvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, hücumda...