Əkiz uşaqlar ayrı-ayrı illərdə doğuldu - İnanılmaz HADİSƏ

Əkiz uşaqlar ayrı-ayrı illərdə doğuldu - İnanılmaz HADİSƏ
ABŞ-da doğum edən ananın əkizlərindən biri 2021-ci ildə, digər körpəsi isə 2022-ci ilin ilk dəqiqələrində, 15 dəqiqə gecikmə ilə dünyaya gəlib.
 
Sfera.az xəbər verir ki, uşaqlar ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində doğulub.

Fatima Madriqal və Robert Trujillo əkiz körpələrinə qovuşmaq üçün Yeni il ərəfəsində Montereydəki Natividad Sağlamlıq Mərkəzinə gediblər.

Fatima Madriqalın əkizlərindən biri Alfredo Antonio Trujillo dekabrın 31-i saat 23:45-də dünyaya gəlib. Lakin Alfredonun əkiz bacısı Aylin Yolanda Trujillo 00:00-dan sonra dünyaya gələrək ailəsini və qardaşını təəccübləndirib.

Ana Madriqal körpələri haqqında verdiyi açıqlamada, "Bu mənim üçün çox qəribə hadisə oldu. Onlar əkizdir, lakin ad günləri fərqlidir. Qızımın gecə yarısı dünyaya gəlməsi məni çox təəccübləndirdi və çox sevindirdi”.

Tibb mərkəzinin ailə həkimi Ana Abril Arias əkizlərin dünyaya gəlməsini karyerasının "ən yaddaqalan” hadisələrindən biri adlandırıb.

Aylinin 2 kiloqram 14 qram, əkiz qardaşı Alfredonun isə 2 kiloqram 700 qram doğulduğu bildirilir.

Qeyd olunur ki, bu cür doğuş 2 milyonda bir görülə bilər.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...