Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI
Azərbaycanda 2019 və 2020-ci illərdə quraqlığın müşahidə edilməsi bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərmişdi. Yağışların az yağması xüsusən dəmyə ərazilərdə əkinçiləri böyük zərərə uğratdı. Quraqlıq eyni zamanda çaylarda da sululuq səviyyəsini azaltdığından aran və düzən ərazilərdə əkin sahələrinin su ilə təminatında problemlər yaratmışdı. 

Bəs, bu il vəziyyət necədir? Quraqlıq müşahidə edilirmi və su ilə təminat hansı səviyyədədir? 

Məsələ ilə bağlı Sfera.az saytına danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, builki vəziyyət əvvəlki illərlə müqayisədə bir qədər yaxşıdır. O qeyd etdi ki, bu il həm yağışların intensivliyi yüksəkdir, həm də havalar mülayim keçir. 

Yağışın yağmasının bitkilərin suya olan tələbatının bir hissəsini ödədiyini söyləyən V.Məhərrəmov suya olan tələbatın ödənilməsində başqa mənbələrdən istifadənin daha önəmli olduğunu qeyd etdi: 

"Yağışlar bitkilərin suya olan tələbatını tam ödəyə bilməz. Bunun üçün su təminatını yaxşılaşdırmaq lazımdır. Mən dünən bir neçə fermerlə əlaqə saxlamışam, həmçinin bəzi fermerlərin özü mənə zəng edərək bildirir ki, yenə su problemi əvvəlki kimi qalır. Mövsümdə kifayət qədər yağışların yağmasına, suya olan tələbatın bir hissəsinin ödənilməsinə baxmayaraq yenə də arxlar qurudur, arxlarda su yoxdur. Bitkilərin suya olan ehtiyacı davamlı ödənilməlidir. Aradabir yağışın yağması bitkilərin suya olan ehtiyacının bir hissəni ödəyir. Məhsuldarlığın kifayət qədər olması üçün daimi su təminatı yaradılmalıdır”. 

Ekspert xatırlatdı ki, isti havalar hələ qarşıdadır, bir neçə gündən sonra yağışlar da dayanacaq və havada quruluq artacaq. V.Məhərrəmov bu vəziyyətdə əkin sahələrinin suya olan tələbatının ödənilməsinin çətinləşəcəyini dedi: 

"Biz görəcəyik ki, su təminatı ilə bağlı problemlər qalır. Bu sahəyə cavabdeh olan qurumlar tərəfindən hər hansı bir addım atılmır. 

Son vaxtlar artezianların sayı artırılır. Artezianlar ən yaxşı halda 25 hektar sahələrin suvarılması üçün yetərlidir. Ölkəmizdə 1,5 milyon hektar suvarılan ərazi var. Artezian quyuları ilə bu qədər əkin sahəsinin su ilə təmin etmək olmaz, artezian quyularının su ilə təminatda rolu cüzidir. Suya olan tələbatın ödənilməsi üçün Kürdən və Arazdan gələn suların idarəedilməsi təkmilləşdirilməlidir. Çay sularından səmərəli istifadə etməklə əkin sahələrini davamlı olaraq su ilə təmin etmək lazımdır”. 

V.Məhərrəmovun bildirdiyinə görə, Azərbaycanda elə bir münbit şərait var ki, bəzi bitkilərin əkinini ildə 4 dəfə həyata keçirmək mümkündür. O, bunun üçün suya olan təminatın ödənilməsinin əsas şərt olduğunu söylədi. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...