Çəkiliş meydançasında yanlışlıqla rejissoru öldürən aktyor İLK DƏFƏ DANIŞDI: "Ürəyim parçalanır"

Çəkiliş meydançasında yanlışlıqla rejissoru öldürən aktyor İLK DƏFƏ DANIŞDI:
"Rust” filminin çəkilişləri zamanı yanlışlıqla boş silahdan açdığı atəşlə quruluşçu rejissoru öldürən amerikalı aktyor Alek Baldvin səssizliyini pozub.
 
Sfera.az bildirir ki, bu barədə ilk dəfə danışan aktyor hadisəni "faciəvi qəza” adlandırıb.

"Həmkarımız, bir ana, həyat yoldaşı olan Halina Hatçinin həyatına son qoyan faciəvi qəza ilə bağlı kədərimi ifadə edə biləcək söz tapmıram. Bunun necə baş verdiyini müəyyən etmək üçün polislə iş birliyindəyəm”, - deyə aktyor bildirib.

Alek, həmçinin rejissorun həyat yoldaşı ilə təmasda olduğunu da əlavə edib: "Ailəsinə dəstəyimi təklif etmişəm. Onun həyat yoldaşına, övladına, yaxınlarına və Halinanı sevən hər kəsə görə ürəyim parçalanır”.

Digər tərəfdən hadisənin təfərrüatları da məlum olub. Məhkəmədə qeydə alınan ifadələrə görə, filmin rejissor köməkçisi istifadə üçün nəzərdə tutulan üç silahdan birini Baldvinə verib və silahın güvənli olduğunu söyləyib. Lakin silahda gerçək mərmilərin olduğu bəlli olub. Rejissor köməkçisi məhkəmədəki çıxışında bununla bağlı məlumatsız olduğunu bildirib. Polis sözügedən silahı və aktyorun qanlı kostyumunu dəlil olaraq götürüb. Eyni zamanda çəkilişlər zamanı istifadə edilən digər silah və əşyalara da əl qoyulub.

Qeyd edək ki, aktyorun açdığı atəş quruluşçu rejissor Halinanın ürəyinə, ssenarist Coel Souzun isə çiyninə tuş gəlib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR