ƏHMƏDLİ SƏMASINDA “UÇAN BOŞQAB” GÖRÜLDÜ – Sosial şəbəkələrdə müzakirə

ƏHMƏDLİ SƏMASINDA “UÇAN BOŞQAB” GÖRÜLDÜ – Sosial şəbəkələrdə müzakirə
 

Bakıda uçan naməlum obyektin görülməsi ilə bağlı iddialar var. Belə ki, sosial şəbəkələrdə səmada  boşqaba oxşayan bir foto yayılıb. Bu fotonu paytaxtın Əhmədli qəsəbəsində yaşayan sakinlərdən birinin çəkdiyi bildirilir. Fotonu görənlərin əksəriyyəti bildirirlər ki, bu, sadəcə olaraq, hava şəraiti ilə əlaqədar göydə işığın sınması nəticəsində yaranan görüntüdür. Lakin təkcə Bakıda deyil, son zamanlar dünyanın bir çox yerlərində bu cür "uçan boşqab” görənlərin sayı artıb. Dünyanın hər yerindən "uçan boşqab”ların olduğu iddia edilən foto və ya videolar yayılır.

Amma mütəxəssislər deyirlər ki, əslində onların hamısı heç də yadplanetlilərin hava nəqliyyatı deyil. Onlar casus-təyyarələr adlanır ki, bir ölkə digərinə göndərir. Sadəcə, formasına görə adi insanlar onları başqa planetdən gəlmiş kimi anlayırlar. Lakin yadplanetlilərin həqiqətən olduğuna inananlar da az deyil.

Ümumilikdə 21-ci əsrdə yaşamağımıza baxmayaraq hələ də bu suallar tam olaraq çözülməyib. Xatırladaq ki, yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.

Lakin hazırda ABŞ da daxil olmaqla bir sıra ölkələrdə yadplanetlilərin olmasına inam əvvəlki kimi güclü deyil.

"Yeni Müsavat”a danışan Həmid Herisçi bildirib ki, yadplanetlilərlə bağlı bir çox izlər mövcuddur: "1947-ci il iyulun 2-də ABŞ-ın Nyu-Meksika ştatında  ”uçan boşqab” qəzaya uğrayıb. Bu fakt bütün arxivlərdə mövcuddur. Maraqlısı budur ki, 1947-ci ilin may ayında Amerika prezidenti Ruzveltin şəkili olan marka çap edilib. Həmin markada qəribədir ki, o, altıbarmaqlı göstərilir. Altıbarmaqlıq da hər zaman yadplanetlilərin işarəsi kimi qəbul edilir. Bu hadisədən sonra isə həmin "uçan boşqab” qəzaya uğrayıb. Həmin boşqab da 6 bucaqlı şəklində idi. 1990-cı ildə bunun məxfi lenti də çıxdı. Yoxladılar, dedilər ki, guya bu, saxtadır. Məsələ ondadır ki, həqiqi lent mövcuddur, sadəcə olaraq, ortaya çıxarılan lentdə bir-iki kadr realdır. Qalanı isə saxtalaşdırılıb. Çünki insanların buna inanması lazım deyildi. Düşünürdülər ki, qoy insanlar bunun saxta olduğunu düşünsünlər. Halbuki həmin lentin içərisində 2-3 elə həqiqi epizod da mövcuddur. Bunların hamısı "Anqar 51″ adlı yerdə saxlanılır. Ötən il həmin yerin qarşısında insanlar aksiya keçirdilər. Aksiya edənləri sanitariya qaydalarını pozduqları üçün həbs etdilər. Bu məsələdə yalanla reallıq həmişə yalanla qarışıq olub. Hər zaman müəyyən dövrlərdə bu məsələ siyasi məqsədlərlə ortaya atılır. Bu məsələnin ortaya atılmasında məqsəd başqa olur. Yüz minlərlə insan bu ”uçan boşqab”ı görüb. İnternetdə axtarış verəndə xeyli çəkilən şəkili ortaya çıxır. Lakin bunun əsl şəkillərini hər zaman gizlədirlər. Özləri saxta şəkilləri buraxırlar ki, camaat inanmasın. Əsl şəkillər bu gün də gizlədilir. Bu mövzu ilə bağlı xeyli araşdırma etmişəm. Azərbaycanda da yadplanetlilərlə bağlı informasiyalar mövcuddur. Bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının informasiya şöbəsinə ötürülür. Həmin informasiyaları onlar araşdırırlar”.

Yadplanetlilərlə (UNO-lar) məşğul olanlara ufoloqlar deyilir. Ufoloqların fikrincə, UNO-lar Yer sivilizasiyasının inkişaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlərinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Ufoloqların fikrincə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə – müharibələr, təbii fəlakətlər, ekoloji böhran dərinləşdikcə UNO-ların da narahatlıqları artır-bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindən qorxurlar. Şayiələrə görə, Çernobılda baş vermiş məlum partlayış zamanı radiasiyanın fonu 3000 rentgen olub. "Uçan boşqablar” gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər.

Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözləri ilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, "uçan boşqab” la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər.



OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...