Əhməd Məsud əfqanları “Taliban”a qarşı üsyana çağırdı
Dünya
20:22 / 06.09.2021
2281
Xəbər verdiyimiz kimi, Əfqanıstanda nəzarəti ələ keçirən "Taliban” səhər saatlarında Pəncşirin tutulduğunu elan edib.
Sfera.az xəbər verir ki, Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud əfqan xalqını "Taliban”a qarşı müqavimət göstərməyə çağırıb.
"Sizi vətənimizin şərəfi, azadlığı və qüruru üçün ümumi bir üsyan başlatmağa çağırıram”, - Ə.Məsud səsli mesaj yayımlayıb.
Səsli mesajda bölgədəki vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.
Əhməd Məsud bildirib ki, insanlar silahlı müqavimət, ya da etiraz etməklə mübarizə apara bilərlər.
O qeyd edib ki, Milli Müqavimət Cəbhəsi sonunadək "Taliban”la mübarizə aparanların yanında olacaq.