Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi — FAKT

Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi — FAKT
 Araşdırmaçı jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin xaricdəki biznesi ilə bağlı yeni məlumatlar yayıb.

 
 C.Həsənli Əhmədzadənin kürəkəninin Türkiyədəki biznesini gündəmə gətirib: "Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin İngiltərə, Çexiya bə Türkiyədə dəyəri on milyonlarla ölçülən biznesi, otelləri və mülkləri artıq hamıya bəllidir. ASC-ni korrupsiya bataqlığına çevirmiş baş meliorator uzun illər ərzində dövlət vəsaitlərini talayaraq özünə səltənət qurub. Cümə Əhmədzadə Əhmədzadələr ailəsinin Azərbaycandan xaricə milyonıar daşıyan yeganə üzvü deyil. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə və kürəkəni İlham Rəcəbov da ölkə xaricində – Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə sahibdir. Baş melioratorun kürəkəni polkovnik Rəcəbov İlham Firudin oğlu hazırda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir.

 
Əhməd Əhmədzadənin qızı və kürəkəni Türkiyədə ən azından 3 şirkət açıblar və bu şirkətlər üzərindən otellər, istirahət mərkəzlərinə sahibdirlər.


Bunlardan biri- GLOBAL INVESTMENTS GlDA SANAYİ VE TiCARET LİMİTED ŞIRKETi 200 min lirə nizamnamə kapitalı ilə 2005-ci ildə İlham Rəcəbov və Hidayət Quliyev adlı şəriki tərəfindən təsis edilib.


Əhmədzadənin qızı və kürəkəninə məxsus daha ETİLER DIŞ TİCARET LİMİTED isə 23 dekabr 2006-cı ildə 100 min lirə nizamnamə kapitalı ilə İstanbulda qeydiyyatdan keçirilib. 2012-ci ildə baş melioratorun oğlu Cuma Əhmədzadə də şirkətə ortaq olub. Şirkətin ofisi İstanbulun ən bahalı iş mərkəzlərindən olan Atakule-nin 6-cı mərtəbəsində yerləşir.


DYP polkovnikinin və baş melioratorun qızı 3-cü şirkətlərini – SİRŞERMİYAT TURİZM EMLAK İNŞAAT TİCARET VE SANAYİ LİMİTEDi 2010-cu ilin avqustunda Antalyada təsis ediblər. Nizamnamə kapitalı 600 min lirə olan şirkət Antalyanın, KONYAALTI, GÜRSU MAH. AKDENİZ BULVARI 318 SOK. CLUB ERDOĞAN KONUTLARI C1 BLOK NO:12 ünvanında qeydiyyatdadır. Bu ünvan Əhmədzadənin qızı və kürəkəninə məxsus, 4,5 mlyon lirə dəyərində, dəniz mənzərəli ultralüks mənzildir.

 
SİRŞERMİYAT TURİZM şirkəti üzərindən Əhmədzadənin qızı və kürəkəni üçulduzlu otelə və istirahət mərkəzlərinə sahibdirlər”. (pravda.az)

OXŞAR XƏBƏRLƏR

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 8-də 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cə...

Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz + VİDEO

  Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha so...

Oqtay Şirəliyev haqqında ilginc iddialar - FOTO

  "Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il ...

Kimlərsə “şellənsin” deyə, ölkəni virusun cənginə buraxmayaq

 Karantin rejiminin qaydalarına əməl etmək, evə qapanmaq, alış-verişini, gəzintini ikicə saatın sərhədləri çərçivəsinə sığışdırmaq, sosial həyatdan, doğmal...

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər – RƏSMİ

  Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər. Bunu COVID-19-la mübar...

Rusiyanın 102-ci hərbi bazası: Ermənistanın təhlükəsizliyinin təminatçısı, yoxsa təhlükə mənbəyi?

  İyulun 4-də Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu, rusiyalı hərbi heyətlə bağlı ci...