Qubadlı ilə bağlı yeni qurum yaradıldı - Rəis təyin olundu
16:51 / 17.11.2020
6360
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Sfera.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.
O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.
Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.
Qeyd edək ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadədir.