“Əhməd Əhmədzadə ilə danışdım” – Deputat Biləsuvarın içməli su problemi haqda

“Əhməd Əhmədzadə ilə danışdım” – Deputat Biləsuvarın içməli su problemi haqda

Milli Məclisdə Biləsuvar rayonunu təmsil edən millət vəkili Bəhruz Məhərrəmov rayonun içməli su probleminin həlli istiqamətində fəaliyyətə başlayıb.

 

 

Sfera.az-ın məlumatına görə, deputat bu haqda özünün sosial şəbəkə hesabı vasitəsilə məlumat verib:


Biləsuvar sakinlərinə yaxşı məlumdur ki, rayonun bir sıra kəndlərində suvarma ilə yanaşı içməli su da ciddi problemdir.

Nə qədər sanitar-gigiyenik normalara zidd olsa da rayonun bir neçə kəndində insanlar kanal suyu içirlər. (əlbətdə, bütün rayon yox, bir neçə kənd)Dünən gecə aldığım məlumata görə rayonun Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd kəndlərini "içməli" su ilə təmin edən həmin kanallarda da su tamami ilə qurumaq üzrədir. Karantin rejiminin tətbiq olunduğu bir dövrdə su çatışmazlığı yolverilməzdir.

Bu gün ilk iş kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə ilə danışdım, o da problemin ən qısa zamanda həllinə söz verdi.

Tez bir zamanda Əhməd müəllimə təşəkkür etmək ümidi ilə, gözləyək.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...