Əhəd Abıyev taksi şirkətini alıb? - Açıqlama

Əhəd Abıyev taksi şirkətini alıb? - Açıqlama
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev məşhur taksi şirkətini almasl ilə bağlı xəbəri təkzib edib.

Bu haqda İH-dən açıqlama daxil olub. Açıqlamada bildirilir ki, bir çox saytlarda "Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı xəbər həqiqətə uyğun  deyil. Hətta bu xəbərin araşdırılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edildiyini qeyd edib.

"Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur.Bu xəbər Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki  məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir”.

Xatırladaq ki, yayıılan məlumatda bildirilirdi ki, Ə.Abıyev *9933 taksi şirkəti satılıb. Şirkətin *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirildiyi və birləşdirilmədən sonra şirkətin "Aztaksi” adı ilə fəaliyyətə başlayacağı qeyd olunurdu. // Yenisabah.az


OXŞAR XƏBƏRLƏR