Əhəd Abıyev sakinlərlə meşədə görüşdü – FOTOLAR

Əhəd Abıyev sakinlərlə meşədə görüşdü – FOTOLAR
 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla birgə oktyabrın Çaykənd kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib.

Sfera.az xəbər verir ki, qəbul açıq havada və meşəlik ərazidə keçirilib. Əhəd Abıyev çıxışında bildirib ki, görüşdə əsas məqsəd kənd sakinlərini narahat edən məsələlərin həlli və vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənməkdir.

Görüşdə iştirak edən sakinlər qaz xəttinin çəkilməsi, yararsız elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciətlər ediblər. 

Xəbərə görə, əksər müraciətlər yerində həll edilib.


OXŞAR XƏBƏRLƏR