Əhaliyə verilən təbii qazın limiti aşağı salınır? - RƏSMİ AÇIQLAMA

Əhaliyə verilən təbii qazın limiti aşağı salınır? - RƏSMİ AÇIQLAMA
 

Bir neçə gündür ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində təbii qazın illik istehlak həcminin 2 200 kubmetrdən 1700 kubmetrə endirilməsi xəbərləri yayılıb.

Məlumat əhali arasında müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov  açıqlamasında bildirib ki, yayılan məlumatlar əsassızdır:

"Bəzi saytlarda təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumat yayılıb ki, nəticədə, Bakıdan və regionlardan xeyli sayda abonent "Azəriqaz”ın "104” və "185”' saylı qaynar xəttinə müraciət edib.

Təbii qazın illik istehlak həcminin 1700 kubmetr həcmini keçdikdən sonra hər kub metrə görə 20 qəpik olması yanlışdır. 2019-cu ilin may ayına kimi təbii qazın illik istehlak həcminin limiti 1700 kubmetr idi. Ölkə başçısının tapşırığı ilə Tarif (qiymət) Şurası tərəfindən ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 1700 kubmetrə 500 kubmetr limit əlavə edildi.

Yalnız illik istehlak həcmi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən edirlər”.

C.Səfərov qeyd edib ki, 2019-cu il ərzində Azərbaycanda 85 faiz qaz istifadə edən abonent 2200 kubmetri keçməyib:

"Yəni onların təbii qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb. Yalnız 15 faiz əhali illik istehlak həcimini keçib.

Bu da yaxşı bir haldır ki, abonentlərə göstərilən dəstək öz nəticəsini verir. "Azəriqaz” İstehsalat Birlyi insanlara belə əsassız məlumatlara inanmamağı tövsiyə edir”.

Qeyd edək ki, 2019-cu ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

Nəticədə, əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...