Əhalisinin 85 faizi vaksinasiya olunmuş İsraildə yoluxma niyə artır? – Həkimdən açıqlama
13:11 / 02.07.2021
1922
"Bu ölkədə yüksək vaksinasiya fonunda yoluxma
sayının artmasını heç də peyvəndlənmənin prosesə təsirinin olmadığı kimi qiymətləndirmək
olmaz”.
Bu sözləri Sfera.az-a açıqlamasında İsraildə əhalinin
85 faizi peyvənd olunsa da, son günlər həmin ölkədə koronavirusa yoluxma
sayında artımın baş verməsinə münasibət bildirərkən həkim Aydın Əliyev deyib:
"İsraildə yoluxma həqiqətən artır. Amma bu
artım həmin ölkə üçün elə də ciddi təhlükəli deyil. Ona görə ki, peyvənd
olunmaq tək yoluxmanın qarşısını almır.
Həm də virusa yoluxanların prosesi peyvəndlənmədən əvvəl olduğu kimi kəskin
deyil, yüngül keçirməsinə gətirib çıxarır. Yəni, yoluxma sayı artsa da peyvəndlənmənin
yüksək həddi fonunda virusa tutulanlar prosesi yüngül, soyuqdəymə, qrip şəklində
keçirirlər. Bu zaman isə təhlükə olmur. Yüz
nəfərdən birində ağırlaşma olar, ya olmaz. Bu da peyvəndlənmənin xidmətidir”.
Həkim düşünür ki, əksinə peyvəndlənmə
olmasaydı, indi daha təhlükəli vəziyyətlə üz-üzə qalacaqdıq: "Bu vəziyyət bizdə panika yaratmamalıdır.
Vaksinasiya çox vacibdir, bu hələlik
yeganə çıxış yoludur”.