Əhalinin yarısı prezidentin impiçmentinə tərəfdardır

Əhalinin yarısı prezidentin impiçmentinə tərəfdardır
 

ABŞ-da "The Hill” nəşri üçün keçirilən rəy sorğusunda iştirak edənlərin 47 faizi prezident Donald Trampın impiçmentinə tərəfdar çıxıb.

Sfera.az  xəbər verir ki, sorğu iştirakçılarının 42 faizi D.Trampın impiçmentinə qarşı olduqlarını deyib, qalan 11 faizi də bu barədə qəti rəy bildirməyiblər.

Hazırkı dövlət başçısının istefasını zəruri hesab edənlərin sayı onun Ukrayna prezidenti ilə son telefon söhbəti ətrafındakı qalmaqala görə xeyli artıb.

Xatırladaq ki, sentyabrın 24-də Konqresin Nümayəndələr palatasının sədri Nensi Pelosi impiçment prosedurunun başladığını açıqlamışdı. Ondan əvvəl D.Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı 2020-ci il seçkilərində güclü namizədlərdən sayılan keçmiş vitse-prezident, Demokrat Partiyasının nümayəndəsi Co Baydenin oğlunun adıçəkilən ölkədəki fəaliyyətini araşdırmalarını istəyib. KİV-ə sızdırılan bu məsələ Donald Trampa qarşı seçkilərə təsir etmək üçün hakimiyyətdən sui-istifadə ittihamlarının geniş vüsət almasına səbəb olub.


OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...