Əhalinin neçə faizi avtomobil ala bilmir?
15:21 / 29.03.2021
1650
Azərbaycan əhalisinin 60,5 faizi pulu olmadığına görə işlənmiş minik avtomobili ala bilmir. Bu vəziyyətdə olan şəhər əhalisi 64,3 faiz, kənd əhalisi 55,7 faizdir.
Sfera.az Dövlət Statistika Komitəsinin keçirdiyi sorğuya əsasən bildirir ki, ev təsərrüfatlarının 9,2 faizi pulu olmadığına görə paltaryuyan maşın, 0,1 faizi televizor, 0,1 faizi soyuducu, 0,5 faizi telefon (stasionar yaxud mobil) ala bilməyib.
Bunlardan başqa sorğu zamanı müəyyənləşdirilib ki, pulun az olmasına görə ev təsərrüfatlarının 13,4 faizi internetə qoşulmaq üçün kompüteri yoxdur.
Sorğu üzə çıxarıb ki, əhalinin 7,3 faizinin ayda ən azı bir dəfə dostları, ailəsi və ya qohumları ilə yemək yemək, yaxud içki (çay, qəhvə, meyvə şirəsi) içməyə maddi imkanı yoxdur.
Vasif
Sfera.az